Əli Əsədov QƏRAR VERDİ
Nazirlər Kabineti “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Təqdim edilən layihə elmi-tədqiqat işlərinin keyfiyyətinin və praktik əhəmiyyətinin, onlara çəkilən xərclərin səmərəliliyinin artırılması məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutunda yeni maliyyələşmə mexanizminin praktik fəaliyyət prosesində sınaqdan keçirilməsi üçün təklif olunur.
Qaydada elmi tədqiqatların baza və sifarişlər əsasında maliyyələşdirilməsi nəzərdə tutulur. Sifarişlər üzrə maliyyələşmə üçün dövlət qurumlarının real ehtiyaclarının müəyyənləşdirilməsi üzrə razılaşmalar əsasında sifarişçi dövlət qurumuna məqsədli maliyyə vəsaitinin ayrılması proseduru müəyyən edilib.
Pilot layihənin icrası nəticəsində iqtisadi tədqiqatların praktik əhəmiyyətinin yüksəlməsi və bilavasitə dövlət qurumlarının real ehtiyaclarına hədəflənməsi, o cümlədən müxtəlif səviyyəli hüquqi sənəd layihələrinin, konsepsiya və proqramların hazırlanması və ya ekspertizadan keçirilməsi məqsədilə effektiv maliyyələşmə mexanizminin yaradılacağı gözlənilir.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb