Ziya Məmmədovun müşaviri qohumunu yenidən məhkəməyə verir
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin 7 kiloqram qızılını mənimsəməkdə ittiham edilən və bir neçə gün öncə bəraət alan Rövşən Əhmədovun iddialarına qarşı tərəf münasibət bildirib. R.Əhmədov həbsdən çıxdığı gün redaksiyamıza gələrək qohumu Ç.Baxşıyev haqda ciddi ittihamlar irəli səsləndirmişdi.
Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov açıqlamasında ittihamlara münasibət bildirib. O deyib ki, R.Əhmədovun dedikləri yalan və şər-böhtandır: “Onun iddialarının heç bir hüquqi əsası yoxdur. Çingiz Baxşıyevi bir çox ağır cinayətlərdə ittiham edib. Biz də buna görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün qısa zamanda onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edəcəyik.
Bu hərəkəti əvvəlki fəaliyyətinin bu və ya digər formada davamıdır. Rövşən Əhmədov öz bacısına qarşı törətdiyi cinayətinə görə Salyan rayon məhkəməsinin hökmü ilə məhkum edilib. Bu məlumatı bəraət hökmü çıxaran hakim də bilirdi. Rövşən Əhmədov barəsindəki bəraət hökmü ilə bağlı da mübarizəmizi hüquqi müstəvidə davam etdirəcəyik”.
C.Yusifov qeyd edib ki, R.Əhmədov bundan öncə Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.
“Qafqazinfo”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək