Bakıda satılan "Head&shoulders" şampunları saxtadır?
"Uzun illərdir saçımı ancaq "Head&shoulders" şampunu ilə yuyuram. Bu dəfə uşaq gedib marketdən kiçik, üstündə yasəmən şəkli olan şampun aldı. Elə bil zirzəmidə hazırlanıb, "head&shoulders"in iyi yüngülvari gəlir, amma içi zibil”.
Bunu tanınmış jurnalist Ləman Ələşrəfqızı deyib.
“Əslində bunu salonda mənə illər qabaq demişdilər ki, bu şampuna da əl qatırlar, inanmamışdım. Yaxşı, bəs, bu ünlü şirkətin Azərbaycanda nümayəndəliyi yoxdumu? Hara baxırlar? İstehlakçını belə aldatmaq olarmı? Biz buna pul verib alırıq, sizin qablaşdırdığınız zibili yox. Əcəb işə düşmüşük, dünyaca məşhur brendi gətirib Azərbaycanda özümüzə oxşadırıq. Keçən dəfə "Sisley"in timsalında gəldi başıma, indi də belə. Ölkədə normal məhkəmə də yoxdur ki, vurub belini qırasan bunların”.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb