Bakıda satılan "Head&shoulders" şampunları saxtadır?

Bakıda satılan "Head&shoulders" şampunları saxtadır? "Uzun illərdir saçımı ancaq "Head&shoulders" şampunu ilə yuyuram. Bu dəfə uşaq gedib marketdən kiçik, üstündə yasəmən şəkli olan şampun aldı. Elə bil zirzəmidə hazırlanıb, "head&shoulders"in iyi yüngülvari gəlir, amma içi zibil”.

Bunu tanınmış jurnalist Ləman Ələşrəfqızı deyib.

“Əslində bunu salonda mənə illər qabaq demişdilər ki, bu şampuna da əl qatırlar, inanmamışdım. Yaxşı, bəs, bu ünlü şirkətin Azərbaycanda nümayəndəliyi yoxdumu? Hara baxırlar? İstehlakçını belə aldatmaq olarmı? Biz buna pul verib alırıq, sizin qablaşdırdığınız zibili yox. Əcəb işə düşmüşük, dünyaca məşhur brendi gətirib Azərbaycanda özümüzə oxşadırıq. Keçən dəfə "Sisley"in timsalında gəldi başıma, indi də belə. Ölkədə normal məhkəmə də yoxdur ki, vurub belini qırasan bunların”.
Geri qayıt