XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Azəriqaz"da total islahatlar gözlənilir - Kimlər işsiz qalacaq?

"Azəriqaz"da total islahatlar gözlənilir - Kimlər işsiz qalacaq?

"Azəriqaz"da total islahatlar gözlənilir - Kimlər işsiz qalacaq?
7-09-2020, 10:38

"Azəriqaz” İB-nin tərkibində qazın satışı və istismarı üzrə iki departament yaradılır.

Cebhe.info xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Mühafizəsi ictimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı deyib:

“1.Bakı Qazın Satışı və İstismarı Departamenti (Bakının 11 rayonu və Sumqayıt şəhəri daxil olmaqla)

2. Hazırda mövcud olan 8 RQİİ ləğv olunur.Onların bazasında Bakıda yerləşəcək Regionlar üzrə Qazın Satışı və İstismari(QSİ) Departamenti yaradılır”.

M.Qəhərmanlı bildirib ki, islahat reallaşarsa, müsbət nəticələr əldə olunacaq:

“8 rayon qaz istismar idarəsinin yerləşdiyi rayonlarda icarəyə götürülmüş ofis tipli binalar sahiblərinə təhvil veriləcək (məs. Ağsu RQİİ-nin icarəyə götürdüyü bina üçün hər ay 10000 (on min) manat vəsait ödənilir) .Ümumilikdə isə belə binaların sayı 15-20 arasındadır.

-Hal hazırda 8 RQİİ var. Bu halda 8 region rəisi, 8 baş mühəndis, 8 ümumi məsələlər üzrə müavin, 8 baş muhasib və s. Sıravi işçidən çox rəis müavini var. Sahələrdə işçi azlığının olması istehlakçı və istehsalçı problemi yaradır.

Rayonlarda əvvəlki qaydalara uyğun Qas İstismar Sahələri yaradılacaq. Həmin sahələr birbaşa “Azəriqaz”a deyil, Regionlar üzrə Qazın Satışı və İstismari(QSİ) Departamentinə tabe olacaq.Departament isə “Azəriqaz”a”.

Daha bir məlumatda qeyd olunur ki, 20 fevral 2020 ci il tarixidə imzalanan Əmrin icrası bu ilin oktyabr-noyabr aylarından start götürə bilər və bu halda tapşırıq əsasında vəzifəyə təyin olunmuş, işdən kənarlaşdırılması qeyri mümkün olan "rəis" problemi də həllini tapmış olar:

“ “Azəriqaz” SOCAR tərkibindən çıxmasa apardığı islahatların heç bir nəticəsi olmayacaq, ona görə ki,hasil edənlə satan bir əldə cəmləşə bilməz”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.