""AZAL"a müştəri kartını blok etmək hüququnu kim verib?" - NARAZILIQ...
"Şikayətim "AZAL" Hava Yolları şirkətindəndir. Əgər işçiləri bu şikayəti görürsə, xahiş edirəm, çatdırın yuxarıda oturanlarınıza..." DİA.AZ bildirir ki, bunu narazı vətəndaş Solmaz Əhmədova bildirib.
Daha sonra şikayətçi yazır: ""AZAL"a müştəri kartını blok etmək hüququnu kim verib? Şübhəli əməliyyata görə məsuliyyəti bank daşıyır, hava yolları şirkəti yox! Yəni bunu dərk edəcək bir düşüncəli yoxdur o şirkətdə? Blok etməyiniz bir yana, sizin texniki şöbəniz nəyə baxır? Niyə problemi həll etmir?
Uçuşa 5-6 gün qalıb... Hələ də "AZAL"dan bir xəbər yoxdur. Xarici ölkələr üçün olan nömrələriniz də işləmir. Müştəri xidmətləriniz də bir söz əzbərləyib: "BAXILACAQ!"
Belə biabırçılıq olmaz. Vəziyyətdən sui-istifadə edib qiyməti qaldırırsınız, heç olmasa insafınız olsun, normal xidmət göstərin..."
Daha sonra narazı müştəri bildirir ki, bloklanmış kartı ilə cəhd etsə də, yenə də bloklanıb. Amma eyni müştəri kartı ilə başqa hava yolu şirkətindən problemsiz qaydada bilet ala bilib.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək