Koronavirusla bağlı yeni mərhələ başlayır - ÜST
"İndi koronavirus pandemiyası ilə mübarizədə yeni mərhələyə giririk”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, payız aylarında bir çox ekspertlər qlobal olaraq koronavirusla bağlı sayların artmasını gözləyir: “İndiyə qədər öyrəndiyimiz hər şeyi yenidən gözdən keçirmək lazımdır. ÜST bundan sonra ümumi olaraq sıx karantin rejiminin bütün ölkədə deyil, bölgə-bölgə olaraq ortaya qoyulmasını tövsiyə edir.
Mübarizənin lokallaşdırılması üçün bütün ölkələrin hansı bölgələrdə xəstəlik vəziyyətinin necə olduğuna dair çox yaxşı məlumat toplaması vacibdir. Yəni, epidemioloji sistemlərinin güvənli və sağlam olması lazımdır. Əlbəttə, təmasların izlənməsi də vacibdir. Yəni, bir şəxs xəstə olduğu zaman kimlərlə təmasda olubsa, onların da izlənməsi, xəstəliyi başqasına yoluxdurmasının qarşısının alınması son dərəcə önəmlidir. Ölkələr qarşıdakı günlər və aylarda normal həyata qayıtmanın yollarını axtarmalıdır. Bu, normal sosial və iqtisadi həyat davam edərkən eyni zamanda xəstətliyin yoluxmanın qarşısının ala bilinəcəyi bütün qaydaların istifadəsi mənasına gəlir. Məsələn, küçədə gəzmək sərbəst olacaq, ancaq insanlar gigiyena qaydalarına riayət edəcək, ara məsafələrini qoruyacaqlar”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək