Apteklərdə fırıldaq: 20 qəpiklik dərman 5,10 qəpiyə satılır – Video
Artıq 1 ilə yaxındır ki, apteklərdə yaraları yumaq üçün istifadə edilən “Rivanol” tozu satılmır. Onun əvəzinə isə ya başqa preparat təklif olunur, ya da hazır “Rivanol” məhlulu satılır.
Hazırda satılan hazır məhlul 100 qramlıq qablardadır, qiyməti isə 5 manat 10 qəpikdir. Halbuki, toz halında olan “Rivanol”u 1 litr suya qatmaq mümkün idi. Qiyməti də indikindən dəfələrlə ucuz idi.
Apteklərdən bildirildi ki, toz halındakı “Rivanol” dərmanı tədarükçüsü olan firma tərəfindən ölkəyə gətirilmir. Ona görə də apteklərdən tapmaq mümkün deyil.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, dərman satışı ilə məşğul olan firmalar fərdi sahibkarlara məxsusdur. Bu səbəbdən hansı dərmanı gətirib-gətirməyəcəyinə də onlar özləri qərar verirlər. Yəni nazirlik bu işə qarışmır. Səhiyyə Nazirliyi yalnız dərmanların keyfiyyətini yoxlayır. Ölkəyə toz halında olan “Rivanol”un gətirilməməsinin səbəblərini öyrənmək üçün dərman firmanları ilə də əlaqə saxladıq. Lakin hər biri mövqe öyrənmək üçün başqa bir firma ilə əlaqə saxlamalı olduğumuzu deyərək cavab vernəkdən yayındılar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...