"Amrah Bank”ın əmanətçiləri aksiya keçirib - ETİRAZ (VİDEO)
Bu gün ləğv prosesində olan “Amrah Bank” ASC-nin bir qrup əmanətçisi Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında etiraz aksiyası keçirib.
“Report”un məlumatına görə, aksiya iştirakçıları ötən il iyulun 1-dən sonra bankda yerləşdirdikləri əmanətlərin geri qaytarılmamasına etiraz ediblər.
Əmanətçi Fərhad Orucov bildirib ki, 2018-ci ildə “Amrah Bank”ın “Güvən Əmanət”i adlı layihəsi çərçivəsində depozit yerləşdirib: “Həmin vaxt manat əmanətlərinin sığortalanma faizi 15% idi, mən isə illik 13%-lə qoymuşdum. Daha sonra, müəyyən vaxtlarda əlavə yatırımlar etmişdik. 2019-cu il iyulun 1-dən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) sığortalanma fazini 10%-ə endirdi və bundan sonra əmanətimi sığortasız hesab edirlər, halbuki biz əmanət hesabını 2018-ci ildə açmışdıq. İyulun 1-dən sonra qoyulan əmanətlər qaytarılmır. AMB sədrinin I müavini Alim Quliyev keçən dəfə bizə dedi ki, sizin bankda problem yoxdu, gedin münasibətlərinizi ADIF-lə tənzimləyin. Bizim də ADİF-lə heç bir münasibətimiz yoxdur. Bundan başqa, avqustun 12-də ADIF-in sədri Tural Piriyev bildirdi ki, Konstutisiya Məhkəməsinin qərarından sonra, ləğv olunmuş 4 bank üzrə bloklanmış bütün əmanətlər qaytarılacaq. Amma əmanətlər hələ də blokdadır”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...