XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sevgi mesajına görə 5 il, zorlamaya görə 1 il cəza?! - ETİRAZ

Sevgi mesajına görə 5 il, zorlamaya görə 1 il cəza?! - ETİRAZ

Sevgi mesajına görə 5 il, zorlamaya görə 1 il cəza?! - ETİRAZ
18-08-2020, 16:39

- "Son çağların “kriminal gündəliyi”ni Lerik məhkəməsinin 15 yaşlı qıza cinsəl saldırıda suçlanan 60 yaşlı müəllimi ( müəllim olanda, 45 yaş “ağsaqqal” olanda nə olar, bəyəm “ağ at arpa yemir” ?) simvolik 1 illik cəzalandırması təşkil edir. Hakimin vəkil oğlu atasının müdafiəsinə qalxıb, vəkillərdən Əsabəli Mustafayev ittihamın düzgün tövsif edilmədiyinə məhkəmənin hazırlıq iclasında qiymət verilmədiyini bildirib, Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli isə məhkəmənin hazırlıq iclasında işin istintaqa qaytarılmasının nəzərdə tutulmadığını vurğulayıb". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Prosessual hüquq normalarının düzgün tətbiq edilib -edilməməsini , pozulub-pozulmamasını bir qırağa qoyaq. Axı, sözügedən kriminalda məhkəmə hakimi(yyəti)nin vicdan pozğunluğu göz önündədir! Təsəvvür edin, məcbur köçkün Qarabağ Qazisinin 1997-ci il doğumlu oğlu Elməddin Mehdi oğlu Kərimov 16 yaşı olanda 2013-cü ildə 15 yaşın içində olan məktəb yoldaşı ilə sevgi mesajlaşmasına görə 2017-ci ildə 5 il həbs cəzasına məhkum edilib! Bakı Ağır Cinayətlər Məhkəməsi (sədrlik edən hakim Əlisultan Osmanov) 19.05.2017 tarixli 1-(101)-62 saylı hökmlə qazi oğlunu Cinayət Məcəlləsinin 150.2.3 maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum edib. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 5 dəfə (!) bakirəliyin pozulmadığı haqqında verdiyi rəyə baxmayaraq, 16 yaşlı uşağın 15 yaşlı məktəb yoldaşı ilə qarşılıqlı sevgi mesajlaşması “ aşkar surətdə yetkinlik yaşına çatmadığını bilərək seksual xarakterli zorakılıq “ kimi tövsif edilib! (?) Hüquq pozuntusunu bir qırağa qoyaq, vicdan pozuntusunu təsəvvür edin! Hələ üstəlik “sevgi cinayətkarı”nın QAZİ ATASI oğlunun “seksual əxlaqsızlığı”na görə 30 min manat civarında cərimə olunub! (?) Buna nə ad vermək olar? Atanın oğlunun sevgi mesajlaşmasına görə məsuliyyət daşıması heç Stalin repressiyaları çağında da baş verməyib! Hələ biz onu demirik ki, vəkil də qazi , məcburi köçkün ailəsindən oğullarının müdafiəsinə aldığı min manat qarşılığında heç bir hüquqi yardım etməyib və indi də etmir! Beləcə, 3 il yarıma bir ay qalıb ki, cəbhədə keşik çəkməli olan qazi oğlu məhbəsdə 7 il qabaq aldığı sevgi mesajına qarşılıq verdiyi sevgi mesajının cəzasını çəkir. “Cinayət” -sevgi mesajlaşması o qədər ağır maddədir ki, heç əfvə də, hələ ki, düşmür! Heç demə, məhəbbət kiminə ömür -gün yoldaşı verirmiş , kiminə də məhbəs ömrü -günü!

Məhkəmə hakimiyyətinin hüquq, vicdan pozuntusuna baxın : 15 yaşlı qıza cinsəl saldırıda suçlanana 1 il “saldırı güzəşti”, sevgi mesajlaşmasına görə 5 il həbs! (?)"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.