SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil naziri Emin Əmrullayevin diqqətinə: 245№-li məktəbin direktoru Arzu Azadəliyeva şagirlərə həyət süpürtdürürmüş – VİDEO

Təhsil naziri Emin Əmrullayevin diqqətinə: 245№-li məktəbin direktoru Arzu Azadəliyeva şagirlərə həyət süpürtdürürmüş – VİDEO

Tarix:

10-08-2020, 09:52

/ 3 216 dəfə oxundu.
Təhsil naziri Emin Əmrullayevin diqqətinə: 245№-li məktəbin direktoru Arzu Azadəliyeva şagirlərə həyət süpürtdürürmüş – VİDEO

Amerikalı mütəfəkkir Horas Mann deyirdi ki: “Tələbələrinə elm arzusu aşılamayan bir müəllim, soyuq dəmiri döyən dəmirçi kimidir.” Müəllimlik həm də Peyğəmbər sənətidir. Çünki hər iki halda təlqin var. Elmin, ürfanın, əxlaqın təlqini. Təsadüfi deyil ki, mərhum prezident Heydər Əliyev deyirdi ki: “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.” Təəssüflər olsun ki, ölkədəki bəzi təhsil müəssisələrində mərhum prezidentin təbirincə desək dəyərli vətəndaş hazırlamaq əvəzinə, insan şəxsiyyətinə mənfi təsir göstərən hərəkətlərə yol verilir.

Diqqətli oxucularımızın nəzərinə çatdıraq ki, bir neçə gün əvvəl paytaxtın Xətai rayonunda fəaliyyət göstərən 245№-li məktəbin direktoru Arzu Azadəliyevanın növbəti təhsil ilində övladları 10-cu sinifə hazırlaşan valideynlər üçün gözlənilmədən süni problem yaratması ilə bağlı məlumat dərc etmişdik. Xatırladaq ki, direktor 9-cu sinifi bitirmiş şagirdlərin kütləvi şəkildə məktəbdən çıxarılması ilə bağlı valideynlərə xəbərdarlıqlar edib. Onu da qeyd edək ki. məhz bu məsələ ilə bağlı redaksiyada kifayət qədər təkzibolunmaz faktlar var. Arzu Azadəliyeva atdığı addımı məktəbdə profil siniflərin yaradılması ilə əsaslanıdırır. Lakin unudur ki, çoxsaylı şagirdlərin yeniyetməlik dövründə taleyin ümidinə buraxılması isə dövlətə yaradılan ən böyük problemdir.

Biz ötən saylarımızın birində dərc etdiyimiz məlumatda qeyd etmişdik ki, valideynlərə süni problem yaradan məktəb direktorunun əməllərinə hüquqi qiymətin verilməsi üçün mütləq təhsil müəsisəsinə nazirlik tərəfindən rəsmi nümayəndə göndərilməlidir. Və həmin nümayəndə valideynləri məktəbə dəvət etməli, onlarla bu istiqamətdə söhbətlər aparılmalıdır. Görəsən aylardır ki, pandemiya səbəbindən övladının həyatda qalması üçün mücadilə aparan valideyinə yeni bir problem lazımdırmı? Əsla yox. Digər tərəfdən hətta şagird yekunda 2-3 qiymətlər alıbsa belə bu da səbəbsiz deyil. Çünki şagirdlər ötən tədris ilinin təxminən yarısını məktəbdən kənarda qaldılar. “Mənim öz prinsiplərim var” - deyən xanım direktor Aleksandr Puşkinin “Balıqçı və balıq nağılı ” əsərindəki personajlardan birini xatırladaraq, hələ də hökm etməkdə davam edir.
Bir neçə gün əvvəl Conflict.az-ın redaksiyasına göndərilən videogörüntüdən aydın olur ki, 245№-li məktəbin direktoru Arzu Azadəliyevanın yeni bir “prinsipidə” varmış. Belə ki, məktəb direktoru elm öyrənmək üçün təhsil ocağına gələn şagirdlərə sən demə həyətidə süpürtdürürmüş.

Bu gün məhz 245№-li məktəbin direktoru Arzu Azadəliyeva tərəfindən çarəsiz vəziyyətə salınan valideyn axı haradan biləydi ki, övladını məktəbə yalnız elm öyrənməyə deyil, həm də həyət süpürmək üçün göndərirmiş. “Yekunda 2-3 alan şagirdlər bu məktəbdə qala bilməz” - deyə iddia edən direktordan yəqin ki, Təhsil naziri Emin Əmrullayev və Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev soruşacaq: “Elm öyrənmək üçün məktəbə gələn şagird dərs saatlarında həyət süpürürsə, sizcə o neçə almalıdır?” Və yenə də xatırladaq. Mərhum prezident Heydər Əliyev deyirdi ki: “Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.”

Biz redaksiya olaraq Təhsil naziri Emin Əmrullayevə və Bakı şəhər üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevə saytımız vasitəsilə sual ünvanlayırıq: Feodal ənənələri ilə idarə edilən bir təhsil müəssisəsində dövlətinə, millətinə, xalqına, ənənələrinə sadiq vətəndaş hazırlana bilərmi?
Axı hələ yeniyetmə ikən həmin gəncin qüruru zədələnib.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Conflict.az

Təhsil naziri Emin Əmrullayevin diqqətinə: 245№-li məktəbin direktoru Arzu Azadəliyeva şagirlərə həyət süpürtdürürmüş – VİDEO

Şərhlər

XƏBƏR LENTİ