"Kartof, soğan, çuğundur əkirəm" - Keçmiş məmur
"Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) keçmiş sədri Əli Bayramov yenidən Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin olunması barədə gəzən söz-söhbətlərə münasibət bildirib.
Açıqlama verən keçmiş sədr deyilənlərin yanlış olduğunu bildirib:
"Barəmdə deyilən məlumatlar yalandır. Bu dəqiqə Beyləqanda baxçamdayam. Ağacları dərmanlayırlar, özüm də nəzarət edirəm. Hazırda bostan məhsulları əkirik, meyvə yetişdiririk. Çox yazıb, pozub ona-buna ağıl qoymuşuq ki, bunu belə əkin. İndi də dediklərimi özüm edirəm və təcrübədən keçirirəm.
Vəzifəsindən çıxdıqdan sonra hər hansısa bir dövlət qurumundan təklif almısınızmı? sualına keçmiş sədr belə cavab verib:
"Heç həvəsim də yoxdur. 30 il xidmət etmişəm. İndi şəxsi təsərrüfatımla məşğulam və həvəslə çalışıram. Kartof, soğan, çuğundur əkirəm və zəhmətlimlə pul qazanıram. Nə əsəbləşirəm, nə də kiminsə sözünü götürürəm. Qəşəng təmiz havada oturub işimlə məşğulam”.
unikal.org

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...