"Dünyada belə şirkət analoqu yoxdu…” – Vüsalə Mahirqızı AZAL-ı tənqid etdi
"Karantin rejiminin xeyli sualı cavabsız qoyan, müraciət edənə cavab verməyən, ya da "araşdırırıq, cavab verəcəyik" deyib, sonra heç vaxt araşdırması bitməyən qurumları oldu. AZAL böyük qüvvə sərf edərək, hələ ki birinciliyi özündə saxlayır. Pandemiyadan əvvəl alınıb, sonra vətəndaşın özündən asılı olmayan səbəbdən ( yəni karantin elan olunub, sərhədlər bağlandığı üçün) uçuş həyata keçirilməyən biletləri dəyişmək olmur”.
Sfera.az xəbər verir ki, bu sözləri "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı özünün facebook hesabında yazıb.
V. Mahirqızı bu arzuolunmaz ənənənin artıq adi hala çevrildiyini qeyd edib:
"Müştəri xidmətləri, AZAL rəsmiləri, sayt, telefon arasında danışmaqdan, yazmaqdan, izah etməkdən yorulursan, "araşdırırıq" deyirlər, "araşdırma bitmir". Çünki araşdırmırlar, guya bunlar indi böhran kommunikasiyası edib, müştərini ümidləndirib, vaxt uzadırlar. Sonra da ümumiyyətlə müştəri ilə əlaqəni kəsirlər. Dünyada belə şirkət analoqu yoxdu, şirkət müştərinin arxasınca qaçmaqdan, müştəridən qaçır. Bu biznesdə AZAL modelidi.
Ən yaxşı kommunikasiya məsələni həll edib, bileti dəyişməkdir. Onsuz da xidmətindən dəfələrlə baha qiymətə bilet satan, əvvəldən müştəri məmnuniyyəti pis gündə olan şirkətə heç kim biletini bağışlamayacaq. Hələ pandemiya dövründəki anlamsız qiymət artımından danışmıram. Camaatın biletini dəyişin, gedib işini gücünü görsün”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...