Azərbaycanda bu cəzalar sərtləşdirilir
Azərbaycanda əmək mühafizəsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir.
Cinayət Məcəlləsinə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə görə, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa, 2000 manatdan 3000 manatadək (hazırda 100 manatdan 500 manatadək) miqdarda cərimə ilə (və ya iki ilədək müddətə islah işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə) cəzalandırılır.
Məcəllədə bu hal ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda azadlıqdan məhrum etmə üçün müəyyənləşdirilən maksimal müddət artırılıb.
Məcəllənin hazırki variantına görə, yuxarıda qeyd edilən əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yeni layihədə isə bu maddə qalmaq şərtilə yeni bənd də əlavə edilib. Məcəlləyə edilən bu əlavəyə görə, qeyd edilən hal ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda şəxs üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...