XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Azərişıq” bu günlərdə gücləndirilmiş iş rejimində çalışacaq

"Azərişıq” bu günlərdə gücləndirilmiş iş rejimində çalışacaq

"Azərişıq” bu günlərdə gücləndirilmiş iş rejimində çalışacaq
30-07-2020, 15:22

Qurban bayramı günlərində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı texniki və təşkilatı tədbilər həyata keçirilib.

Bu barədə “Azərişıq” ASC-dən daxil olmuş məlumatda deyilir.

Bildirilir ki, koronavirus (COVİD 19) pandemiyası ilə əlaqədar olaraq ilk gündən etibarən “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Həmçinin Qurban bayramı günlərində də istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilib.

“Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün bütün ölkə üzrə qəza xidmətləri fəaliyyət göstərir. Həmçinin abonentlərimiz bayram günlərində elektrik enerjisindən istifadəyə görə yaranmış borcu evdən çıxmadan onlayn qaydada ödəyə bilər. Bunun üçün azərişıq.az saytında müvafiq bölməyə daxil olmaq kifayətdir. “Smart” sayğacdan istifadə edən istehlakçılara da tövsiyə olunur ki, əvvəlcədən sayğacların balansını yoxlasınlar və öncədən balanslarını artırsınlar.

Yarana biləcək hər hansı bir nasazlıqda istehlakçılarımızdan dərhal “199” Çağrı Mərkəzinə və rəsmi facebook, instaqram səhifələrmizə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir”, - deyə məlumatda qeyd edilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.