SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 270 avtomobilin postlardan ekçməsinin qarşısı alındı

270 avtomobilin postlardan ekçməsinin qarşısı alındı

Tarix:

28-07-2020, 12:16

/ 988 dəfə oxundu.
270 avtomobilin postlardan ekçməsinin qarşısı alındı

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 27.07.2020-ci il saat 00:00-dan 28.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 540 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 65 nəfər olmaqla ümumilikdə 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, reyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 15-i rayon, 25-i paytaxt istiqamətinə olmaqla 40, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 25-i rayon, 90-ı paytaxt istiqamətinə olmaqla 115, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 75-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 115 avtomobil geri qaytarılıb, ümumilikdə 270 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Şərhlər

XƏBƏR LENTİ