FRANSADAKI SƏFİRİMİZDƏN DİPLOMATİK SƏHV: PAYLAŞDIĞI XƏRİTƏDƏ XANKƏNDİ “STEPANAKERT” KİMİ GÖSTƏRİLİB
Azərbaycanın Fransadakı səfiri Rəhim Mustafayev özünün Tvitter hesabında sözün həqiqi mənasında diplomatik səhvə yol verib. JAMAZ.İNFO xəbər verir ki, səfir paylaşdığı açıqlamanın altında yayımladığı şəkildə Xankəndinin “Stepanakert” kimi göstərilməsi ermənilərin dilinin üzanmasına gətirib çıxarıb.
Belə ki, ermənilər Rəhim Mustafayevin paylaşdığı xəritədə Xankəndinin “Stepanakert” kimi təqdim etməsini, Azərbaycanın Dağlıq Qarabağı “müstəqil” tərəf olaraq tanıdığını iddia etməyə başlayıblar. Və bunu rəsmi Bakının mövqeyi kimi qiymətləndirib, hər yerdə təqdim edirlər.
Qeyd edək ki, Azərbaycan heç bir xəritədə Xankəndinin adının “Stepanakert” kimi göstərilməsinə maksimum imkan vermir. Və haqlı olaraq həmin şəhərin adının qədimdən Xankəndi olduğunu bəyan edir. Hətta toponimlərin adlarının dəyişdirilməsinə qarşı da sərtlik nümayiş etdirir. Belə bir fonda Azərbaycan Respublikasını təmsil edən səfirin belə bir siyasi səhvə yol verməsi başadüşülən deyil.
Bu əsnada səfir Rəhim Mustafayevin Tvitterdəki açıqlaması da maraqlıdır. JAMAZ.İNFO xəbər verir ki, səfir öz postunda bu fikirləri qeyd edib: “Müharibəyə qaçılmaz kimi baxmaq lazım deyil. Fransa Minsk Qrupunun üzvü olaraq, regionda əsas aktorlardan olan böyük rus qardaşının və Sem əminin nisbi zəifliyinə inamsızlığından faydalanaraq, münaqişənin həllində aparıcı rol oynaya bilər”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək