Deputata məxsus "Kontakt Home"-dan şikayət:"Kondisioner almışam gətirmirlər"
"Deputat Elnur Allahverdiyevə məxsus "Kontakt Home" mağazasından 2 ədəd kondisioner almışam. İki ay vaxt keçməsinə baxmayaq, kondisionerlər hələ də mənə çatdırılmayıb”.
Bunu jurnalist Anar Məmmədov deyib.
A.Məmmədov deputat Elnur Allahverdiyevə müraciət edərək qeyd edib: “Malı satarkən başqa qiymətə təqdim edirsiniz, alarkən isə ümumi məbləğin 5 faizini xidmət haqqı çıxırsınız. Üstəgəl, hələ kondisionerləri mənə çatdırmadan əvvəl ustalar gəlib boruları çəkib və məndən 400 manat alıb qaçıblar. Sizə şirkətinizin hansı oyunlardan çıxdığını başa sala bildim, yoxsa davam edim?”
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.(Pravda.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək