SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıtda "Hiper market" bağlandı: Bəs "Gold Qayalı" niyə işləyir? -SƏBƏB

Sumqayıtda "Hiper market" bağlandı: Bəs "Gold Qayalı" niyə işləyir? -SƏBƏB

Tarix:

26-07-2020, 12:16

/ 7 265 dəfə oxundu.
Sumqayıtda "Hiper market" bağlandı: Bəs "Gold Qayalı" niyə işləyir? -SƏBƏB

Sumqayıtın əsas ticarət mərkəzlərindən olan "Hiper market" iyulun 24-də günorta saatlarından fəaliyyətini dayandırıb.

Marketin müdiri Nuruş Qarayev Xeberle.com-a açıqlamasında ticarət obyektinin şəhər icra hakimiyyətinin göstərişi ilə bağlandığını iddia edir: "Bağlanma səbəbi olaraq, bu ərazidə yoluxma sayının çox olduğu bildirilir. Elədirsə yanımızda olan "Gold Qayalı"nın niyə fəaliyyəti dayandırılmır? Orada kassaların önündə kütləvi hal yaşanır, heç bir ara məsafəsi də gözlənilmir".

Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər İcra hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan Xeberle.com-a ticarət obyektinin İcra Hakimiyyəti tərəfindən qapadılmadığı bildirilib:" Marketin fəaliyyətinin dayandırılması icra hakimiyyəti tərəfindən həyata keçirilməyib. Siz Daxili işlər Nazirliyi ilə əlaqə saxlayın".

Sumqayıt şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Nizami Paşayev isə Xeberle.com-a bildirib ki, qurumun hansısa obyekti bağlamaq səlahiyyəti yoxdur: "Hər hansı bir qanun pozuntusu ilə bağlı protokol tərtib edib cərimə tətbiq edə və məhkəməyə müraciət edə bilərik. Hansısa obyektin bağlanmasını yerli icra hakimiyyəti və vergi orqanları həyata keçirə bilər."

Elə isə sual açıq qalır, bəs market hansı qurum tərəfindən qapadılıb?
Bu sualımıza isə rəsmi cavab tapa bilmədik.

Şərhlər

XƏBƏR LENTİ