“Koroğlu” stansiyası iki gün pulsuz olacaq
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionuna gələn tamaşaçılar mərasim bitdikdən sonra “Koroğlu” metro stansiyasına pulsuz daxil olacaqlar.
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında deyib.
O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionundan çıxan tamaşaçılar yaradılmış koridor vasitəsilə stansiyaya yönələcəklər. Bu mərasimi izləməyə gələn tamaşaçılar üçün tətbiq edilən xüsusi proqramdır: “İnsanların rahatlığı üçün tətbiq edilən bu proqram həm də təhlükəsizlik baxımından əlverişlidir. Tamaşaçıların təhlükəsizliyi üçün koridora kənardan heç bir şəxs buraxılmayacaq. Stadiona daxil olarkən insanlar yoxlanıldığı üçün stansiyaya daxil olduqda təkrar yoxlamağa ehtiyac yaranmayacaq”, - N.Paşayev vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...