Azərbaycanda bankda KÜTLƏVİ YOLUXMA — 50 nəfər karantinə alındı
AFB Bank ASC-də işçilərin kütləvi koronavirusa yoluxma faktı aşkarlanıb.
NOCOMMENT.az-a istinadən məlumat veririk ki, bir müddət əvvəl AFB Bank-da işçilər arasında kütləvi yeni COVİD-19 virusuna yoluxma müəyyən edilib. Qısa müddət ərzində bankın təqribən 50 nəfərə yaxın əməkdaşı karantinə alınıb.
Bank işçiləri arasında aşkar edilən kütləvi yoluxma bankın gündəlik iş rejiminə ciddi təsir edib.
Belə ki, bank filiallarında əməkdaşlar arasında mütəxəssis çatışmazlığı yaranıb. Bu zaman bank rəhbərliyi işçilər arasında rotasiya yolu ilə transfer həyata keçirir.
Bankın rəsmi səhifəsində qeyd edilən nömrələr ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Qeyd edək ki, “AFB Bank” ASC 2008-ci il tarixdə Mərkəzi Bankı tərəfindən 253 saylı lisenziya almış və 2009-cu ildən etibarən fəaliyyətə başlayıb.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı