Suraxanıda Prezidentin xəbərdarlığına niyə əməl olunmur? — FOTOFAKT
Bakının Suraxanı rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına əməl edilmir.
Demokrat.az xəbər verir ki, iyulun 6-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB” yaşayış sahəsi Abbas Fətullayev küçəsində təmizlik işləri həyata keçirilən zaman xüsusi karantin rejimi qaydaları kobud şəkildə pozulub.
Suraxanı rayon İcra Hakimiyyətinin yaydığı fotolardan da aydın görünür ki, ərazidə təmizlik işləri aparan şəxslər tibbi maskadan istifadə etməyib, hətta, 5 nəfərdən çox insan bir yerə toplaşıb. Bu isə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 iyul qərarına ziddir.
Həmin qərara əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.
Xatırladaq ki, Prezident İlham Əliyev tibbi maska taxılmasının zəruriliyini dəfələrlə vurğulayıb və xəbərdarlıq edib.
Dövlət başçısı iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı deyib:
"Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik".





Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı