Azərbaycanda poliklinikanın şöbə müdiri koronavirusdan ölüb
Bakı şəhəri Binəqədi rayonunda faəliyyət göstərən 25 saylı şəhər poliklinikasının birinci terapiya şöbəsinin müdiri Aida İsmayılqızı koronavirusdan vəfat edib.
Poliklinikadan bildirilib ki, o, iki gün əvvəl işə gələrkən səhhətində problemlər olduğunu deyib.
Məlumata görə, A.İsmayılqızı ötən gün kompüter tamoqrafiyası müayinəsindən keçib: “KT müayinəsinin nəticəsində onda “buzlu şüşə” aşkar olunub. Evə qayıdandan sonra da vəziyyəti pisləşib və dünyasını dəyişib”.
62 yaşlı həkimin şəkər xəstəliyi də olub.
Poliklinikadan bildirilib ki, hazırda tibb müsəssisəsində koronavirusa yoluxan başqa tibb işçisi yoxdur.
Qeyd edək ki, mətbuatda həkimin xəstəxanada yer olmadığı üçün evdə boğularaq öldüyü yazılıb.
TƏBİB-dən isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu barədə onlara heç bir şikayət daxil olmayıb: “Hər hansı şəxs xəstəxana şəraitində müalicədən imtina edirsə yazılı halda bu barədə iltizam imzalanır. Konkret dediyiniz halla bağlı TƏBİB-ə şikayət daxil olmayıb”.

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı