XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən ÇIXARILDI

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən ÇIXARILDI

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən ÇIXARILDI
8-07-2020, 15:49

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

Bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.