Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin bütün heyəti xəstəxanaya yerləşdirilib
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasının reanimasiya şöbəsinin 21 personalı COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib...
Bu barədə həmin şöbədə çalışan həkim Etibar Abbasov məlumat verib.
O, sosial şəbəkə hesabında bunları yazıb: "Biz tükənmişik deyəndə, siz zarafat sanırdınız. Artıq reanimasyon xəstələrə baxan bir personal yoxdur. İndi gedin, sizi hər uğurunda 100000-lər alan idmançılar, toyunuza "əşi, bir dəfə toy edirik" təsəllisi ilə 10000-lər verib çağırdığınız müğənnilər və bu kimi sağlamlığınıza qıymadığınız pulu çox rahatlıqla aparıb verdiyiniz insanlar müalicə etsin".
"Dərdimiz nə puldu, nə də başqa maddi bir şey. sizlərdən hansısa dəyər gözləməkdən də keçmişik. Sadəcə danışanda başınızdan böyük sözlər danışmıyın. Özünüzü qoruyun, Allaha əmanət olun.)
Həmin şöbənin rezident həkimi Aişə Yolçuzadə isə bunları bildirib: "Keçmiş olsun, yazan hərkəsə təşəkkür edirəm. Biz bu yola yoluxacağımızı bilib də çıxmışdıq. Gözlənilən oldu. Bütün reanimasiya ekibinə acil şəfa diləyirəm. Biz ATU-TCK tarixinə qızıl hərflərlə adımızı yazmış insanlarıq, virus bizə heç nə edə bilməz. Biz birlikdə güclüyük. Tək narahatlığımız arxamızda qoyduğumuz xəstələrə işini bilən mütəxəssislər tərəfindən lazımı tibbi yardımın göstərilməsidir. Ən az bizim qədər can yandırsalar, yetər".
Qeyd edək ki, indiyə qədər ölkəmizdə 10-dan çox səhiyyə işçisi COVID-19-dan dünyasını dəyişib, 1000-dək səhiyyə işçisi isə virusa yoluxub. COVID-19-a yoluxmuş bütün həkimlərimizə, tibb işçilərimizə şəfa diləyirik, tezliklə sağalaraq işlərinin başına dönməyi arzulayırıq. Həmçinin koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan bütün tibbi personala sonsuz təşəkkür edirik! //Dominant.az//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək