Cavanşir Feyziyevin şirkətinin “koronavirus” biznesi: rəqiblər sıradan çıxarılır
"Avromed” şirkəti yaranmış durumdan istifadə edərək rəqib aptekləri sıradan çıxarmağa çalışır. Belə bir iddia ilə Mingəçevirdə fəaliyyət göstərən bir neçə əczaçı çıxış edib. Hurriyyet.org-un xəbərinə görə, aptek işçiləri deyirlər ki, şirkət koronavirusun müalicəsində istifadə olunan dərmanları onlara satmır: “Tarif Şurası tərəfindən qiyməti tənzimlənən virus əleyhinə arbidol pereparatının distribüteri olan “AvroMed” şirkəti bu pereparatı ancaq öz doktalarına (apteklərinə-red) verir.
Bizim kimi lisenziyası olan apteklərin sifarişini, depoda yoxdur deyə geri çevirirlər. Ancaq hamımız bilirik ki, öz doktalarına əlaltdan bu pereperatı sifariş əsasında ötürür. Sadəcə olaraq bizim doktalardan fərqimiz odur ki, onlar bütün dərmanları nağd satırlar, biz isə depoya nağd ödəniş etsək də, imkansız xəstələrimizə maaş, pensiya vaxtı hissə-hissə ödəmələrinə razılaşaraq nisyə veririk. Yəni, bir sözlə, Tarif Şurasının qoyduğu qiymətə satsaq da, imkansız insanlarımızı geri çevirmirik.
Son günlər dəfələrlə bu pereparat üçün kifayət qədər xəstə müraciət edib, ancaq depo sifarişimizi qəbul etmədiyi üçün yoxdur deməyə məcbur olmuşuq”. Əczaçılar deyirlər ki, “Avromed” arbidolu həm də özəl klinikalara topdan baha qiymətə satır: “Dövlət tərəfindən 7 manat qoyulan qiymət indi 60-150 manat arasında dəyişir. Öz apteklərində bu qiymətə satırlar”. “Avromed”dən suallara yalnız Şəhla Mahmudovanın cavab verə biləcəyi deyilsə də, onun e-mail ünvanına göndərdiyimiz sorğuya cavab verilmədi.
Qeyd edək ki, “Avromed”in sahibi deputat Cavanşir Feyziyevdir. \\AFN

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı