XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Əhmədli sakinlərinin rahatlığı pozulub - VİDEO

Əhmədli sakinlərinin rahatlığı pozulub - VİDEO

Əhmədli sakinlərinin rahatlığı pozulub - VİDEO
6-07-2020, 13:47

Bakının Xətai rayonunda, Nəsrəddin Tusi küçəsində məişət tullantılarını yenə də yandırıblar.

Bu barədə Cebhe.info-ya küçənin sakinləri məlumat verib. Göndərilən foto və video materiallardan aydın olur ki, əynində uniforma olan 2 şəxs quru ot, oduncaq və taxta parçalarını yandırır.

Qeyd edək ki, həmin ərazidə, yəni məişət tullantılarını atmaq üçün qoyulan dəmir zibil qutularının yanında əkilmiş ağaclar alovun və tüstünün təsiri ilə məhv olmaq üzrədir. Sakinlər tez-tez təkrarlanan bu hallardan narahat olduqlarını bildiriblər:

“Koronavirula əlaqədar ölkədə pandemiya elan olunub. Hər kəs evə qapanıb. Ancaq tez-tez həyətdə zibil yandırırlar. Tüstüdən, bürküdən evdə oturmaq olmur. Yanıq qoxusu paltarlara hopur, evə dolur. Həyətdəki ağaclar məhv eidlir”, - deyə sakinlər bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.