Murad Dadaşovun müşaviri televiziyadan getdi
Xəzər Televiziyasının rəhbəri Murad Dadaşovun müşaviri Seymur Teymurov işdən çıxıb.
Buna səbəb müəyyən narazılıqlar olub.
Belə ki, iki ay əvvəl Seymur Teymurov televiziyaya dəvət edilib və Murad Dadaşovun müşaviri təyin olunub. Yeni layihə olan “1-ci Studiya” verilişinə də rəhbərlik ona tapşırılıb. Veriliş üçün reportajları isə “Xəzər Xəbər”in əməkdaşları hazırlayıb. S.Teymurov əlavə olaraq yeni komanda da toplayıb. İlk buraxılışı mayın əvvəlində efirə getməli olan veriliş yayıma çıxa bilməyib. Bu, yalnız iyunun əvvəlində baş tutub. Bütün reportajlar hazır olsa da, verilişin efirə çıxa bilməməsinin səbəbi fikir ayrılıqları olub. Nəticədə də S.Teymurov öz istəyi ilə Xəzər TV-dən uzaqlaşıb. Verilişin hazırlanması “Xəzər Xəbər”in üzərində qaldığı üçün yeni gətirilən komanda da televiziyadan kənarlaşdırılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək