XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Beynəlxalq Bank" işi QURBANI: Çayçının adına milyonlar mənimsənilib... - Prezidentə müraciət olundu

"Beynəlxalq Bank" işi QURBANI: Çayçının adına milyonlar mənimsənilib... - Prezidentə müraciət olundu

"Beynəlxalq Bank" işi QURBANI: Çayçının adına milyonlar mənimsənilib... - Prezidentə müraciət olundu
26-06-2020, 13:47

Bakı Apelyasiya Məhkəməsinə
surəti: Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Cənablarına
surəti: Azərbaycan Respublikası Ədliyyə Naziri
cənab Fikrət Məmmədova
surəti: Bakı Agır Cinayətlər Məhkəməsinə

"BetaLayn" MMC-nin rəhbəri Əsədullayeva Svetlana Nadir qızı tərəfindən

“Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.06. 2020-ci il tarixli 3(004)-940/2020 saylı Qərarından

Apelyasiya Şikayəti


Göstərilən Qərar poçt zərfinə əsasən mənə 24.06.2020-ci il tarixdə çatdırılmışdır.

Məhkəmənin bu Qərərı aşagıda geyd olunan səbəblərə görə tamamilə qanunsuz, ədalətsiz ve konstitusiyaya zidd oldugundan ləgv olunmalldlr:​

1-ci:​ AR MPM-nin 138.2-ci maddəsinin tələblərinə zidd olaraq mən məhkəmə bildirişi vasitəsilə məhkəmə tərəfindən xəbərdar edilməmişəm, nədəki bildirişi vasitəsilə məhkəməyə çağırılmagım haqqında heç bir sənəd almamışam.Ona görədə, məhkəmədə mənim iştirakim olmadan işə baxılması həm prosesual qaydalarına ziddir, həmdə mənim konstitusion huquqlarlm pozulmusı deməkdir.

2-ci:AR İXM-nin 76.1- ci maddəsinin və “İcra haqqında”AR-nın qanunun təlebəri kobud şəkildə pozularaq mənim iştirakımla inzibati xətalar haqqında hər hansı bir protokol tərtib edilməsi haqqında nə xəbərdar edilməmişəm,nə görməmişəm, nədəki imzalamamışam və onun surətini rəsmi qaydada almamışam, bu səbəbdəndə,mənim xəbərim olmadan kiminsə tərəfindən birtərəfli qaydada tərtib edilmiş məhkəmədə sözü qedən protokoldan qanuna müvafiq qaydada məhkəməyə şikayət vermək imkanından məhrum edilmişəm.Bütün bunlar həm qanunlara, prosesual qaydalarına ziddir, həmdə mənim konstitusion huquqlarlm pozulmusı deməkdir.

3-cü: Bakı Agır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli,1(101)-288/2019 saylı hökmü ilə “Aqrarkredit” QSC BOKT –ı tərəfindən cinayət işində qaldırılmış 62.637.041.15(altmış iki milyon altı yüz otuz yeddi min qırx bir manat on beş qəpik) manat kredit borcu tələbinə dair maddi iddia mənimsəmə faktı təsdiq edilmədiyindən təmin edilməmişdir( hökmdən surət əlavə olunur).Belə olan halda icra məmuru həmin hökmə istinadən hərərət etməli və icra vərəqəsini icra münkün olmadıgı halda məhkəməyə geri qaytarılmalıdır.Lakin məhkəmə icra məmurunun qanuna zidd hərəkətsizliyinə göz yumaraq Bakı Agır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli,1(101)-288/2019 saylı hökmü ilə qanunsuz olaraq hesablaşmadan təkrarən eyni iddiaçı -“Aqrarkredit” QSC BOKT-ı tərəfindən cinayət işinin içində qaldırdığı və təmin olunmadığı maddi tələbinin nəinki mənim tərəfimdən ödənilməsini qanunsuz tələb edir, hətda mənə qarşıi cra məmuru tərəfindən özü yazıb ozu imzaladığı saxta güya mənim təfimdən inzibati xəta törədilməsi haqqında protokolla mənə qarşı antikonstitusion qaydada 1500 manat cərimə tədbiq edilir. Bu isə təksirkəsizlik prezumsiyası və mənim konstitusion huquqlarlm kobud şəkildə pozulmusı deməkdir



Ona görə, Möhtərəm cənab Prezident!

Bu işin ədalətli baxılmasını öz nəzərətinizə götürməyinizi Sizdən xahiş edirəm.

Məhkəmədən xahiş edirəm:

“Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01.06. 2020-ci il tarixli 3(004)-940/2020 saylı Qərarının qanunsuz və ədalətsiz olduğundan ləğv olunması haqqında qanuna müvafiq qərar qəbul edəsiniz.

Qoşma: 1-ci unvana: hökmdən surət-2 vərəqə.



"BetaLayn" MMC-nin rəhbəri
Əsədullayeva Svetlana Nadir qızı
Tarix:25.06.2020- ci il.


Xüsusi qeyd etmək istəyirəm ki, mən «Beta Line» MMC-nin rəhbəri kimi sənəddə göstərilsəm də, əslində ceneralkonstraşn şirkətində çayçı kimi fəaliyyətim olub. Beynəlxalq Bankdan mənim adım götürülmüş 62 milyon manat kreditlə bağlı isə onu deyə bilərəm ki, bu pulların hansı 4 ölkədə irihəcmli zavod və obyektlərin alınmasına sərf edilməsi barədə CM-nin 179-cu maddələri üzrə məhkum olunmuş Dünyamin Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsində geniş ifadə vermiş və sübutedici faktları hakimə təqdim etmişdir. İndi təzədən məndən 62 milyon manat pulun Aqrqrkredit təşkilatı tərəfindən məhkəmə qaydasında tələb olunması SİFARİŞLİ dir. Digər tərəfdən onu da bildirim ki, bizimlə iş yoldaşı olmuş Bəyalı Mürsəlov da Beynəlxalq Bankdan 360000 dollar kredit alınması barədə 2011-ci ildə öhdəlik götürmüşdür. Lakin çox maraqlıdır ki, bu adam biz «Beynəlxalq Bank işinə « görə cəlb edilmiş 21 nəfərdən fərqli olaraq məhkəmələrə cəlb edilmədi. Üstəlik. BB-a olan borcunun üstündən götürülməsi üçün də Məhkəmələrə üz tutdu və bu il 12 mart Konstitusiya Məhkəməsinin QƏRARI nəticəsində o BB-a olan 360000 dollar borcunu sildirdi. Elə biz də həmin vəziyyətdəyik. Çünki, bizim adımıza götürülmüş 2009-2012-ci ildəki kreditlərə görə heç kim bizdən kreditlərin vaxtında ödənilməsini tələb etməmişdir. O zaman qoy Konstitusiya Məhkəməsinin də 12 mart qərarı PRESEDENT olaraq bizə də şamil edilsin. Qanunda vətəndaşlar arası ayrıseçkilik YOLVERİLMƏZDİR, Nahaq yerə bizi yenidən mhkəmələrdə süründürməsinlər. Cənab Prezidentdən də çox xahiş edirəm bizim başımıza açılan süni məhkəmə oyunlarının dayandırlması barədə xüsusi araşdırmalardan sonra göstəriş versin.
--
Svetlana Asadullayeva

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dia.az
"Beynəlxalq Bank" işi QURBANI: Çayçının adına milyonlar mənimsənilib... - Prezidentə müraciət olundu





XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.