XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Silahlı Qüvvələr Günü" hava necə olacaq?

"Silahlı Qüvvələr Günü" hava necə olacaq?

"Silahlı Qüvvələr Günü" hava necə olacaq?
25-06-2020, 14:24

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər veririk ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 25-28, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək. Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

26 iyunda Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.