SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident yeni məktəbin tikintisinə 2 milyon ayırdı

Prezident yeni məktəbin tikintisinə 2 milyon ayırdı

Tarix:

25-06-2020, 11:27

/ 988 dəfə oxundu.
Prezident yeni məktəbin tikintisinə 2 milyon ayırdı

Prezident İlham Əliyev "Samux rayonunun Çobanabdallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla Samux rayonunun Çobanabdallı kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ