SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İlham Əliyevdən Səhiyyə Nazirliyi ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən Səhiyyə Nazirliyi ilə bağlı SƏRƏNCAM

Tarix:

25-06-2020, 11:24

/ 889 dəfə oxundu.
İlham Əliyevdən Səhiyyə Nazirliyi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.7-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ