XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sumqayıtda dövlət qurumunun 11 əməkdaşı koronavirusa yoluxdu, biri öldü

Sumqayıtda dövlət qurumunun 11 əməkdaşı koronavirusa yoluxdu, biri öldü

Sumqayıtda dövlət qurumunun 11 əməkdaşı koronavirusa yoluxdu, biri öldü
25-06-2020, 11:17

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Qarnizonun 11 əməkdaşı koronavirusa yoluxub...
Pandemiya dövründə Sumqayıt Dövlət Yanğından Mühafizə Qarnizonunun əməkdaşlarından COVID-19-a qarşı test nümunələri götürülüb.

Nəticələrə əsasən, 11 əməkdaşda COVID-19-a yoluxma müsbət olub. Həmin şəxslər aidiyyəti üzrə pandemiya əleyhinə xəstəxanalara yerləşdirilib və müalicələrinə başlanılıb. Artıq onlardan doqquzu tamamilə sağalıb, bir nəfər isə evdə izolyasiya tədbirləri ilə müalicəsini davam etdirir.

Mənbənin verdiyi məlumata görə, virusa yoluxanlardan biri, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Qarnizonunun 119 nömrəli Yanğından Mühafizə bölməsinin manqa komandiri, baş çavuş Abdullayev Əsgər bir neçə gün öncə müalicə aldığı Quba Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. Bütün tibbi müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.