SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Keçmiş deputat Vilayət Eyvazova müraciət etdi

Keçmiş deputat Vilayət Eyvazova müraciət etdi

Tarix:

24-06-2020, 18:52

/ 1 414 dəfə oxundu.
Keçmiş deputat Vilayət Eyvazova müraciət etdi

Keçmiş deputat Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinə müraciət edib...
Bu barədə Yenisabah.az-a onun özü məlumat verib. Nazim Bəydəmirli bildirib ki, şikayəti 2014-cü ildə ona qarşı baş vermiş faktiki soyğunçuluq faktı ilə bağlıdır. “2014-cü ildə mənə və rəhbərlik etdiyim müəssisəyə qarşı faktiki soyğunçul baş verib. Hadisə 20-yə yaxın polis əməkdaşının, o cümlədən Binəqədi Mühafizə Polisinin rəisinin gözü qarşısında olub. Telefonum əlimdən alınıb, müəssisəm qarət olunub və fəaliyyəti zorla dayandırılıb. Amma polis heç bir tədbir görməyib, bir zəng nəticəsində hadisə yerini tərk edib. Bu barədə şikayətlər etsək də, nəticəsiz qalıb. Vilayət Eyvazov Daxili İşlər naziri təyin olunandan sonra ümidləndim ki, ona etdiyim müraciətim araşdırlacaq”, - deyə keçmiş deputat əlavə edib.

Nazim Bəydəmirlinin sözlərinə görə, hadisəni “Baku Steel Company”nin sahibi Rasim Məmmədovun adamları törədib. “Rasim Məmmədovun tapşırığı ilə qoçularının reyder hücumları nəticəsində külli miqdarda maliyyə itkisinə məruz qalmışıq. Bu barədə müvafiq qurumlara, hətta o zaman Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyevə də müraciət etmişəm. Amma heç biri araşdırılmayıb. Amma Rasim Məmmədov ona monopolist dediyimə görə məni məhkəməyə verib. Hazırda iş Ali Məhkəmə mərhələsindədir.

Cənab Prezident həmişə sahibkarlara təzyiq edənləri dövlətə xəyanət etmiş kimi xarakterizə edir. Sahibkarlara mənəvi, siyasi dəstək göstərir. Hər halda onun çıxışlarında sahibkarlara dəstək qırmızı xətlə keçir. Biz də bu yöndə həmişə təbliğat aparmışıq. Ona görə də hesab edirəm ki, mənə qarşı baş vermiş cinayət cəzasız qalmamalıdır”, - deyə o vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ