DYP-nin rəis müavini koronavirusa yoluxdu: vəziyyəti ağırdır — RƏSMİ
Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polkovnik İlham Rəcəbov koronavirusa yoluxub.
"MediaPost"un əldə etdiyi məlumata görə, onun vəziyyətinin ağır olduğu bildirilir. Rəis müavininin hazırda süni nəfəs aparatına qoşulub.
Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev faktı təsdiqləyib.
O bildirib ki, DYP-nin hazırda iki əməkdaşı koronavirusa yoluxub. Onlardan biri də İlham Rəcəbovdur: "Polkovnik hazırda xəstəxanadır və müalicəsi davam edir. Lakin onun son durumu haqqında məlumatım yoxdur".

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Canana Legend keçmiş qaynanası Mətanət İsgəndərlinin konsertində iştirak edəcək
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
“Rahat”da iylənmiş “Mərcan” toyuqları satılır: İstehlakçı sağlamlığı ilə kim oynayır?
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı