SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » TƏBİB-lə Nazirlik arasında nə baş verir? – Rauf Nağıyev işdən çıxarılıb, amma...

TƏBİB-lə Nazirlik arasında nə baş verir? – Rauf Nağıyev işdən çıxarılıb, amma...

Tarix:

24-06-2020, 12:16

/ 1 519 dəfə oxundu.
TƏBİB-lə Nazirlik arasında nə baş verir? – Rauf Nağıyev işdən çıxarılıb, amma...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bəzi səlahiyyətlərinin alınması təsadüfi deyil...
Xtırladaq ki, 103 - təcili tibbi yardım xidməti və ambulator yardim xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin kompitensiyasında olacaq.

Məlumata görə, bu bölgü bir müddətdir ki, Səhiyyə Nazirliyi ilə TƏBİB arasında gedən “soyuq müharibə”nin təzahürüdür. İddia olunur ki, bir neçə gün əvvəl bu mübarizə özünün pik həddinə çatıb. TƏBİB rəhbərliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi tutduğu vəzifədən azad edib. Bu barədə paytaxtın Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardıma Stansiyasının bütü bölmələrinə məlumat verilib. Qeyd edilib ki, artıq baş həkim Rauf Nağıyev yox, Cavanşir Fərəcovdur. Cavanşir Fərəcov 9 saylı köməkçi stansiyanın baş həkimidir.

Bu məlumatın üzərindən bir neçə saat keçdikdən sonra isə Rauf Nağıyevdən bütün bölmələrin baş həkimlərinə “WhatsApp”da mesaj gəlib. Həmin mesajda Rauf Nağıyev işinin başında olduğunu bildirib. “Heç bir dəyişiklik olmayıb, olmayacaq da”,- deyə Rauf Nağıyev bildirib.

Bölmələrin baş həkimləri çaşqın vəziyyətdə qalıblar. Sonradan bəlli olub ki, TƏBİB-in əmri geri oxudulub. Bundan sonra Təcili Tibbi Yardım Xidmətinin Səhiyyə Nazirliyinə verilməsi Oqtay Şirəliyevin Ramin Bayramlı üzərində tam qələbəsi kimi dəyərləndirilsə də, TƏBİB-in məlumatı bu qarşıdurmanın hələ davam edəcəyini göstərir. Bir daha qeyd edək ki, məlumatda Təcili Tibbi Yardım Xidmətinin müvəqqəti olaraq Səhiyyə Nazirliyinə verildiyi vurğulanıb.

Məlumatlarla bağlı adıçəkilən qurumlardan mövqe öyrənmək mümkün olmadı. Rauf Nağıyev də zənglərimizə cavab vermədi.

Koronavirus pandemiyası dövründə əhalinin sağlamlığına cavabdeh olan Səhiyyə Nazirliyi ilə TƏBİB arasında gedən mübarizə arzuolunmazdır. Bu, infeksiya ilə mübarizənin effektivliyinə mənfi təsir göstərə bilər.(yeni sabah)

Şərhlər

XƏBƏR LENTİ