Mehman Hüseynov əməliyyat olunacaq
Həbsdə olan videobloqçu Mehman Hüseynov təcridxanada müayinə olunub.
Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müəyinə ediblər: “Bildirblər ki, cərrahi əməliyyata ehtiyacı var. Deyiblər ki, onun əməliyyat olunması üçün vəkili yenidən müraciət etməlidir”.
E.Sadıqov təkrar müraciət göndərəcəyini qeyd edib.
Vəkil açıqlamasında deyib ki, M.Hüseynov sağ ayağında damar genişlənməsindən əziyyət çəkir.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2017-ci il tarixli qərarı təcridxanaya daxil olduğu üçün M.Hüseynov öz kamerasından çıxarılaraq tranzit (etapa gedən) məhbusların saxlandığı kameraya köçürülüb.
Qeyd edək ki, M.Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək