XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » NBC Bankın dələduzluğunun çarəsiz qurbanları - Mərkəzi Bank onları dinləmək belə istəmir...

NBC Bankın dələduzluğunun çarəsiz qurbanları - Mərkəzi Bank onları dinləmək belə istəmir...

NBC Bankın dələduzluğunun çarəsiz qurbanları - Mərkəzi Bank onları dinləmək belə istəmir...
23-06-2020, 14:23

Əgər məsələ sırf dələduzluq hadisəsidirsə, onda Mərkızi Bank NBC Bankın rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün niyə heç bir addım atmır?..
Bank üzrə mütəxəssis Əkrəm Həsənov: “Həmin əmanətlər üzrə sözügedən banklar ƏSF-ə rüblük sığorta haqqı da ödəyiblər. Necə olur: ƏSF əmanət üzrə sığorta haqqını ala bilir, amma sığorta ödənişini edə bilmir? Alanda qanuni idi, vermək lazım olanda qanunsuz olur?”

Bağlanmış 4 bankın sığortalanmış əmanətçilərinin xeyli hissəsinə vəsaitin qaytarılmamasında problem çıxıb və sığortalanmış əmanətlərin xeyli hissəsi geri qaytarılmır. Əmanətlərin Sığortalanması Fondu müxtəlif bəhanələrlə vətəndaşlara əmantlərin ödənilməsimdən boyun qaçırır.

NBC Banka 2020-ci ildə əmanət qoyan və əmanətlərini sığortalayan bir qrup əmanətçi PİA.az-a ünvanladıqları şikayətlərində bildirirlər ki, hazırda onların əlində əmanətin sığortalamnası haqqında bankın sənədi olsa da, Fond əmanətlərin guya sığortalı olmadığını bildirir. Şikayətçilər dəfələrlə Mərkəzi Banka müraciət etsələr də onları dinləməkdən imtina edirlər.

Misal üçün vətəndaş Hüseynova Xatirə Nəsir qızı 5mart 2020-ci ildə NBC Banka qoydiğu əmanəti sığortalamasına və sığorta müqaviləsinin əlində olmasınq baxmayaraq. onun adı Əmanətlərin Sığortalanması Fondunun sistemində yoxdur.

Hicran Kərimova da NBC Bankın Gənclik filoalına bu ilin fevralında 8500 manat əmanət yerləşdirib və qoyduğu əmanəti 10%-lə sığortalayıb. Lakin o da hazırda sığortası olduğunu heç kimə sübut edə bilmir.

Zaur Hüseynov isə Lənkıranda NBC Banka 6550 manat əmanət qoyub və əmanətini sığortalayıb. Ona da indi sığortası olmadıöını bildirirlər.

Bu ilin birinci rübündə Nailə İsayeva 15 000 manat, Naibə Hacıyeva 69170 manat NBC Banka əmanət qoyublar və əmanətlərinin dövlət təminatını təmin etmək məqsədi ilə 10% aığorta pulu ödəyiblər. Lakin ƏSF-dən onlara da bildiriblər ki, NBC Banka qoyduqları əmanətlər sığortalqnmayıb.
Qeyd edək ki, bizə daxil olan siyahıda onlarla vətəndaşın adı var və bu insanlar sadəcə NBC Bank tərəfindən dolandırılıblar.

Bəs nə baş baş verib? Necə olub ki, zərər görmüşlər əmanətlərini sığortaladıqları və bununla bağlı əllərində müqaviləolduqları halda indi əmanətlərini geri ala bilmirlər? Bununla bağlı şikayətçilər PİA.az-a bildiriblər ki, bank bağlqndıqdan sonra onlar əmanətlərini geri almaq üçün ƏSF-yə müraciət etdikdə məlim olub ki, onlarla, bəlkə də yüzlərlə əmanətçinin adı sistemdə yoxdur. Çünki onların əmanətləri sığortalanmayıb. Bunun səbəbini soruşduqda isə məlum olub ki, Mərkəzi Bank 27.01.2020-ci ildə NBC Banka əmanət qəbuluna qadağa qoyub. Lqkin buna baxmayaraq NBC Bankın rəhbərliyi vətəndaşlardan əmanət qəbul etməkdə davam edub və əslində bununla bank rəhbərliyi cinayət məsuliyyəti daşımalıdır. Halbuki yol verdikləri külli miqdarda dələduzluq faktının ortada olmasına baxmayaraq bankın rəhbərliyi hələ də məsuliyyətə vəlb olunmayıb.
Dələduzluq faktını bir yana qoysaq belə, necə olur ki, qadağa qoymasına baxmayaraq, Mərkəzi Bank NBC Bankın əmanətləri qəbul etməsinə göz yumub? Axı qadağa qoyulan bakın əmanət qəbul edib-etməməsini nəzarətdə saxlamaq Mərkəzi Bankın birbaşa borcu və vəzifəsi idi. Burdan belə çıxır ki, ya Mərkəzi Bank üzərinə düşən vəzifəni yerinə yetirməyib, ya da bilərəkdən NBC Bankın vətındaşları dolandırmasına göz yumub. Bütün hallarda vətəndaşların zərərçəkməsinə ğörə Mərkəzi Bank məsuliyyət daşıyır və bu əmanətlərin geri qaytarılması üçün Mərkəzi Bank bütün hüquqi addımları atmalıdırlar.

Lakin Elman Rüstımov vəziyyətdən çıxış yolunu qapısına gəlib məsul şəxslərlə görüşmək istəyən zərəgörən vətəndaşlatı öz qapısından qovmaqda görüb. Şikayətçilər PİA.az-a bildiriblər ki, Mərkəzi Bankda onların görüş tələbinə polislə xəbər yollayıblar ki, məsələ ilə bağlı ƏSF-yə müraciət etsinlər. Yoxaa polislə onları ərazidən uzaqlaşdıracaqlar...
Daha əvvəl ƏSF-yə müraciət edən şikayətçilər bildirirlər ki, ƏSF verəcəyi cavabı verib və bu qurum adı siyahıda olmayan şəxslərə pul verə bilməyəcəyini bildirir.

Mararqlıdır, bəs bu insanların banka qoyduqları əmanətləri kim, ya da hansı qurum qaytarmalıdır. Əgər məsələ sırf dələduzluq hadisəsidirsə, onda Mərkızi Bank NBC Bankın rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün niyə heç bir addım atmır?

Baş verənlərlə bağlı Mərkəzi Bankın və ƏSF-nin mövqeyi nə qədər qanunauyğundur və zərərçəkənlər öz hüquqlarını necə müdafiə etməlidirlər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənova müraciət edib.
Əkrəm Həsənov: “ƏSF-də kadr potensialı, hüquqi biliklər o qədər bəsitdir ki, hələ də bank hüququ ilə mülki hüququn fərqini bilmirlər”.

Hətta hüquqi arqumentləri kənara da qoysaq, sağlam məntiq də ƏSF-nin haqsız olduğunu göstərdiyini vurğulayan hüquqşünas PİA.az-a açıqlamasında əlavə edib ki, vətəndaş bank nəzarəti orqanının gizli qərarını hardan bilməli idi axı? Bilməyib və bilə də bilməzdi. Buna görə də bankla əmanət müqaviləsi bağlayıb:

“Əmanətlərin Sığortalanması Fondu (ƏSF) müxtəlif bəhanələrə əl ataraq vətəndaşların əmanətlərinin guya sığortalı olmadığını bildirir. Məndə olan məlumata görə ƏSF əsasən 2 bəhanədən istifadə edir:

1. ƏSF deyir ki, guya bağlanan 4 bankın bəzilərinə bank nəzarəti orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası və ya Mərkəzi Bank) vaxtilə əmanət qəbul etməyi yasaq etmişdi. Buna baxmayaraq banklar əmanət qəbul etməyə davam edib. İndi də ƏSF həmin əmanətləri qanunsuz hesab edərək qorunan (sığortalı) statusunu tanımaq istəmir.

Cəfəng mövqedir. Əvvəla, bank nəzarəti orqanının vaxtilə verilmiş qərarının nə dərəcədə qanuni olub-olmamasının özü araşdırılmalıdır. Qərar heç yerdə dərc edilməyib, buna görə də bu məsələyə qiymət verə bilmərik.
Daha sonra, araşdırmaq lazımdır ki, bank həqiqətən həmin gizli qərarı pozub ya yox. Bu barədə də məlumatımız yoxdur.

Əkrəm Həsənov: “ƏSF əvvəllər də sığortalanan əmanətlərin bir qisminin kompensasiya edilməsindən yayınmağa cəhd edib”.

Əslində, yuxarıdakı iki məsələnin əmanətçilərə heç aidiyyəti də yoxdur. Tutaq ki, lap bank nəzarəti orqanının qərarı qanuni olub və bank həmin qərarı pozaraq əmanət qəbul etməyə davam edib (bu halda sual yaranır ki, bəs bank nəzarəti orqanı hara baxıb, niyə tədbir görməyib! bundan sonra heç həmin bağlanmış bankların inzibatçılarının da hər hansı məsuliyyətindən söhbət gedə bilməz. Getsə belə, Mərkəzi Bankla bərabər məsuliyyətdir!). Bu, sırf bank qanunvericiliyinin pozulması deməkdir. Yəni publik (inzibati) hüquq çərçivəsində bankla bank nəzarəti orqanı arasında ola münasibətlərdən irəli gələn pozuntudur.

Əmanətçi ilə bank arasındakı münasibətlər isə mülki hüquqla tənzimlənir və bu müstəvidə hər hansı pozuntu yoxdur. Necə ki, məsələn, bank Mərkəzi Bankın tələblərinə zidd olaraq kredit verəndə məgər borc alan buna istinad edə bilir? Xeyr! Ona deyirlər ki, həmin pozuntuya görə bank yalnız Mərkəzi Bank qarşısında təqsirlidir, borc alana bunun heç bir aidiyyəti yoxdur. Eyni məsələ də buradadır. Təəssüf ki, ƏSF-də kadr potensialı, hüquqi biliklər o qədər bəsitdir ki, hələ də bank hüququ ilə mülki hüququn fərqini bilmir. Onlara tövsiyəm: mənim Moskvada və Bakıda 2011-ci və 2013-cü illərdə nəşr olunmuş “Azərbaycanın bank hüququ” kitabımı oxusunlar.

Hətta hüquqi arqumentləri kənara da qoysaq, sağlam məntiq də ƏSF-nin haqsız olduğunu göstərir. Vətəndaş bank nəzarəti orqanının gizli qərarını hardan bilməli idi axı? Bilməyib və bilə də bilməzdi. Buna görə də bankla əmanət müqaviləsi bağlayıb. Sığortalı əmanət müqaviləsi. Əhər kimsə vətəndaşla saxta müqavilə imzalayıb möhürləyibsə, bunun cinayət məsuliyyəti var.
Yeri gəlmişkən, həmin əmanətlər üzrə sözügedən banklar ƏSF-ə rüblük sığorta haqqı da ödəyiblər. Necə olur: ƏSF əmanət üzrə sığorta haqqını ala bilir, amma sığorta ödənişini edə bilmir? Alanda qanuni idi, vermək lazım olanda qanunsuz olur?

Əkrəm Həsənov: “Hüquqi arqumentləri kənara da qoysaq, sağlam məntiq də ƏSF-nin haqsız olduğunu göstərir. Vətəndaş bank nəzarəti orqanının gizli qərarını hardan bilməli idi axı?”.

Məlumat var ki, ƏSF məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmək istəyir ki, məsələyə hüquqi qiymət verilsin. Niyə məhz ora? Çünki bankların ləğvi üzrə inzibati icraat həmin məhkəmədədir. Amma problem ondadır ki, həmin məhkəmə məsələyə münasibət bildirə bilməz. Çünki orada yalnız bankların ləğvi prosesi üzrə icraat gedir. ƏSF də orada əmanətlərin sığortaçısı kimi deyil, ləğvedici kimi çıxış edir.

ƏSF rəhbərliyi hələ də nə vaxt hansı statusda çıxış edəcəyini bilmir. Əmanətin sığortalnması məsələsi isə mülki məsələdir və mübahisəyə rayon məhkəməsi baxmalıdır. Məhz bu mütəvidə ƏSF sığortaçı qismində çıxış edir.

Amma təbii ki, özü iddia qaldıra bilməz. Çünki onun hüququnu pozan yoxdur. Əksinə, o əmanətçilərin hüququnu pozur. Buna görə də əmanətçilər ƏSF-nin ünvanı üzrə Nəsimi rayon məhkəməsində ƏSF-ə qarşı iddia qaldıra bilər. Və onlara da bunu tövsiyə edirəm! ƏSF-nin vədlərinə inanmayın. Sadəcə vaxt udmaqla məşğuldur!

Ümumiyyətlə, axı ƏSF-ə nə düşüb ki, vaxtilə bank tərəfindən bank nəzarəti orqanının göstərişini pozduğunu əlində bayraq edib? Bunun ƏSF-ə nə aidiyyəti var? Mərkəzi Bank susursa, ƏSF-ə nə düşüb? Deməli, səbəb yalnız birdir: əhalinin pulunu qaytarmaqdan maksimal yayınmaq!

2. İkinci bəhanə guya qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin pozulmasıdır. Belə ki, ötən ilin 1 iyul tarixinədək manat üzrə həmin hədd 15% idi. 1 iyuldan etibarən isə 10%. Bağlanan bankların bir qismində əmanət müqaviləsində əlavə yatırım imkanı nəzərdə tutulub. Məsələn, 1 aprel 2019-cu ildə vətəndaş banka 15%-lə 10000 manat yerləşdirib. 1 avqust tarixində 5000 manat məbləğində əlavə yatırım edib. ƏSF də indi deyir ki, 10000 manat sığortalıdır, 5000 manat isə yox. Çünki sonuncu 15%-lə qəbul edilə bilməzdi.

Əkrəm Həsənov: “Bu işlər üzrə məhkəmələr, bir qayda olaraq, ədalətli qərarlar qəbul edir, əmanətçiləri müdafiə edir. Məhkəməyə üz tutun. Dərəbəylik deyil, dövlət var, onun məhkəməsi var”.

Əslində, həqiqtən də göstərilən misalda bank əlavə yatırımı 15%-lə qəbul etməməli idi. Çünki əmanət müqaviləsinin şərtinə görə əmanət qorunandır (sığortalıdır). Bank onu maksimum 10%-lə qəbul etməli idi. Burada da əmanətçinin təqsiri yoxdur. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişməsi barədə qərarı ƏSF özü qəbul edir. Bu qərar qanunvericilik aktı deyil. Əmanətçi onu bilməli deyil. Bunu bank bilməlidir. Çünki məhz bank sığorta sisteminin iştirakçısıdır və ƏSF-ə üzvlük haqqı ödəyir. Deməli, bank faktiki ƏSF-nin adından çıxış edir. Buna görə də ƏSF bu məbləğləri də kompensasiya etməlidir.

Əmanətçilərə tövsiyə edirəm ki, bu məsələ üzrə də Nəsimi rayon məhkəməsində ƏSF-ə qarşı iddia qaldırsınlar.

ƏSF əvvəllər də sığortalanan əmanətlərin bir qisminin kompensasiya edilməsindən yayınmağa cəhd edib. Amma indiki kimi kütləvi yox. Mən özüm dəfələrlə belə işlər üzrə məhkəmədə əmanətçiləri müdafiə etmişəm. Bu işlər üzrə məhkəmələr, bir qayda olaraq, ədalətli qərarlar qəbul edir, əmanətçiləri müdafiə edir. Odur ki, əmanətçilərə müraciət edərək deyirəm: heç kəsin şirin dilinə, vədinə etibar etməyin. Məhkəməyə üz tutun. Dərəbəylik deyil, dövlət var, onun məhkəməsi var”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.