XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "“AG Bank" üzrə heç kim əmanətini ala bilməyib, hər kəsə blok qoyulub” - PROBLEM

"“AG Bank" üzrə heç kim əmanətini ala bilməyib, hər kəsə blok qoyulub” - PROBLEM

"“AG Bank" üzrə heç kim əmanətini ala bilməyib, hər kəsə blok qoyulub” - PROBLEM
23-06-2020, 13:22

İyunun 15-dən AGBank-ın əmanətçilərinə kompensasiya veriləcəyi açıqlansa da bugünədək heç bir əmanətçinin kompensasiya almadığı bildirilir.

Bankın əmanətçilərinin verdiyi məlumata görə, Mərkəzi Bank 2017-ci ildən AG Banka əmanət qəbul etməyi qadağan edib, buna baxmayaraq bank əmanət qəbuluna davam edib:
“Lisenziyası ləğv edilmiş AG Bankın əmanətçilərindən heç kim əmanətini ala bilməyib, hər kəsə blok qoyulub. Lisenziyası ləğv edilmiş NBC Bank, Ata Bank əmanətçilərindən kompensasiya alanlar olub, amma AG Bankda hər kəsə blok qoyulub. Səbəb olaraq deyilir ki, AG Bank 2017-ci ildən əmanət qəbul etməməli imiş. Bunu biz vətəndaşlardan gizlədiblər. Əmanətlərin SIğortalanması Fonduna getdik, bildirdilər ki, “səbr edin 1 aya məhkəmə olacaq”. Dünən isə Fond açıqlama verib ki, məhkəmə olmayacaq başqa üsullar ilə həll olunacaq. Bunlar gündə bir yalan, bir bəhanə gətirirlər. Belə çıxır ki, məhkəmə yalanını biz əmanətçiləri başlarından etmək, vaxt qazanmaq üçün bəhanə olaraq söyləyiblər. Suallarımıza cavab ala bilmirik, ancaq “səbr edin” deyirlər”.

AG Bankın başqa bir əmanətçisi müraciətində bildirib:

“2019-cu ildən AG Bankın əmanətçisiyəm. Əlimdə sığortalı müqavilə banka qoyduğum əmanəti ala bilmirəm. AG Bank əmanətçilərini Beynəlxalq Banka yönləndiriblər. Getdim, dedilər “səhvlik var gedin Əmanətlərin Sığortalanması Fonduna”. Getdim Fonda, dedilər “blokdasız məhkəmə olacaq, gözləyin”. Dedim “blok olmağa səbəb nədir?” Dedilər “bank 2017-dən depozit götürməməli imiş”. Dedim müqavilə də yazılıb ki, bankda bir problem olduqda bunu insanlara KİV vasitəsi ilə bildirməlidirlər. Sual verirəm, hansı TV kanalında bu haqda məlumat veriblər, insanlara xəbərdarlıq ediblər? Ancaq bir cavab verirlər ki, “səbr edin”. Dünən isə xəbər çıxdı ki, fond deyib ki, məhkəmə olmayacaq. Hər gün bir yalan, bir bəhanə”. (Marja)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.