Xəzərdə böyük təhlükə: bəzi obyektlər quruda qalacaq
Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur. Hazırda dənizin səviyyəsi - 28 metrə çatıb. Bu, dənizin dayanıqlıq səviyyəsidir”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri Zabit Allahverdiyev deyib. Onun sözlərinə görə, 1977-ci ildən 1995-ci ilədək Xəzərin səviyyəsi 2,5 metr artıb. 1995-ci ildən etibarən azacıq tərəddüdlə səviyyə düşüb və qalxıb. 2009-cu ildən sonra isə dənizin səviyyəsi intensiv sürətdə düşməyə başlayıb.
Z. Allahverdyev deyib ki, səviyyənin azalması hidroloji rejim, tektonik və atmosferdəki proseslərlə əlaqələndirilir: “Hələlik dənizdə səviyyənin düşmə dövrü gedir. Təhlükəli və dağıdıcı təsiri yoxdur. Əsas məsələ dənizin səviyyəsinin azalması nəticəsində bir sıra obyektlərin quruda qalmasıdır. Ancaq onun da baş verməsinə inanmıram. Çünki Sovet dövründə tikilən dəniz obyektlərinin hamısı -28 metrdən +-2 metr fərqlə hesablanıb. Azalmanın nə qədər davam edəcəyinə dair proqnoz vermək mümkün deyil”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...