XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Qaralovun qohumu Abşeron səhiyyəsinə qənim kəsilib - Foto/Fakt

Qaralovun qohumu Abşeron səhiyyəsinə qənim kəsilib - Foto/Fakt

Qaralovun qohumu Abşeron səhiyyəsinə qənim kəsilib - Foto/Fakt
19-06-2020, 11:56

Abşeron səhiyyəsi elə bir virusa yoluxub ki, koronavirus pandemiyası yalan olar. COVİD19 infeksiyası da yer üzündən sovuşub gedəcək, amma Abşeron səhiyyəsindəki rüşvət xəstəliyi, korrupsiya virusu çətin qeybə çəkilə...
Nə qədər Mehriban Qaralova Abşeronun baş həkimidir, hansısa irəliləyişdən söhbət gedə bilməz. Son olaraq, təcili yardım işçilərinin etirazları da baş həkimin fəaliyyətini tamamilə ifşa etdi.
Məlum oldu ki, onların maaşlarına artımlar əlavə edilmir. Bundan başqa, tibbi yardım maşınlarının təmirini öz büdcələri hesabına edirlər, aparatlar işlək vəziyyətdə deyil, benzin pulunu belə xəstələr ödəyir.
Anaxeber.info-nun verdiyi məlumata görə, təcili yardım əməkdaşlarının geyinib - soyunma otağına baxanda isə M.Qaralovanın bu illər ərzində hansı talançılıqla məşğul olduğunun izlərinə, ləpirlərinə şahid olacaqsınız.
Sizə təqdim etdiyimiz fotolardan görünür ki, təcili yardımın işçiləri bərbad, xarabalığa çevrilmiş, antisanitariya şəraitində əyin-başlarını dəyişirlər.
Bəs, Abşeron səhiyyəsinə və təcili yardımın maddi-texniki bazasının yaxşılaşdırılmasına ayrılan dövlət vəsaitləri hara xərclənib?
Faktiki, M.Qaralova təcili yardımı dilənçi gününə salaraq dövlətin maliyyəsini yağmalayıb. Bu da təsadüfi deyil.
Əldə etdiyimiz xəbərlərə görə, təkcə 2011-ci ildə Abşeron Rayon Mərkəzi Xəstəxanasına dərman peraparatlarının və sarğı materiallarının alınması üçün 269 min, 987 manat ayrılıb.
Amma bu maliyyə də çırpışdırılıb. Elə həmin il yenə 263 min,987 manat daha Abşeron RMX-na peşkəş edilib.
2012-ci ildə dərman peraparatlarının və sarğı materiallarının alınması üçün 280 min manat ayrılıb. 2013-cü ildə bu məbləğ 666 min, 990 manat olub.
Bu illər ərzində ayrılan vəsaitlərin layihələr üzrə xərclənməsi üçün Epidoliomend MMC tenderdə qalib gəlib və ümumi məbləğ 1 milyon 487 min manat olub.
Ancaq göründüyü kimi, Abşeron səhiyyəsində rüşvət tüğyan edir, təcili yardım acınacaqlı şəraitdədir. Bu da M.Qaralovanın baş həkim postunda illərlə “xidmət”lərinin nəticəsidir.
Yeri gəlmişkən, M.Qaralov Abşeronun RMX-nın baş həkimi vəzifəsində heç də xüsusi həkim bacarığı, peşəkarlığı sayəsində qalmayıb.
Onun əmisi ölkənin 20 il baş prokuroru olmuş Zakir Qaralov, atası isə məşhur Zahid Qaralovdur. Odur ki, əmisinə güvənən baş həkim Abşeron səhiyyəsini zəlil günə salıb.
Anaxeber.info mediada gedən məlumatlara da istinadən xəbər verir ki, onun adı indiyə qədər korrupsiya, mənimsəmə ittihamlarında hallanıb.
Məsələn, həm dəftərxana, həm də digər xərclər üzrə tenderin yeganə qalibi «SRS-Company» MMC olub. Çünki bu şirkətin adı başqa əməliyyatlarda da ortaya çıxır. Bu da kifayət qədər şübhəlidir.
Mediada gedən iddialara gör, tibbi personal baş həkimin adi davranış qaydalarına məhəl qoymaması və kobud rəftarından bezib. Hətta bir müddət əvvəl bununla bağlı Səhiyyə Nazirliyinə müraciət ediblər.
Həkimlər baş həkimin onlarla təhqirlə danışdığını, hətta xəstələrlə münasibətlərini də pozduğunu bildirib.
Belə ki, xəstəxanaya ayrılan dərman preparatları ilə həkimləri təmin etmədiyindən xəstələr dərmanları özləri alır ki, bu da sonda dava-dalaşa səbəb olur.
İndisə təcili yardımın işçiləri dilə gəliblər və onların şikayətləri məhz rəhbərliyin yaratdığı ab-havadan, özbaşınalıq və yeyintilərdən qaynaqlanır.
M.Qaralovanın pandemiya dövründə tibbi işçilərini narazı salması, onların şəraiti ilə maraqlanmaması birbaşa prezidentin tapşırıqlarına zidd fəaliyyətdir. Üstəlik, nəzərə almalıdır ki, əmisi daha Baş prokuror deyil...
Qaralovun qohumu Abşeron səhiyyəsinə qənim kəsilib - Foto/Fakt


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.