Həftəsonu qadağaların əsas səbəbi açıqlandı — RƏSMİ
"Ciddi sərtləşdirilmiş karantin tədbirləri ya davamlı, ya da aralıqlı tətbiq edilə bilər".
Bunu BAKU.WS-ə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.
O əlavə edib ki, davamlı karantin tədbirləri 2-3 ay və ya daha uzun müddətə davam edə bilər: "Əlbəttə ki, bunun özünün sosial, tibbi və iqtisadi fəsadları var. Aralıqlı karantin tədbirləri zamanı isə ölkə, şəhər və ya qəsəbə müəyyən müddətə, 3 həftəlik və ya 1 aylıq bağlanır. Sonradan yumşaldılma aparılır. Daha sonra vəziyyət yenidən qiymətləndirilir. Artım yenə olarsa, növbəti dəfə bir aylıq bağlanılır və yumşaldılır".
Nabil Seyidov daha sonra bildirib ki, sərt tədbirlərin daha bir növü müvəqqəti qısa müddətli karantindir: "Bu, Azərbaycanda tətbiq olunan iki günlük, digər ölkələrdə isə tətbiq olunan üç-dörd günlük sərt karantin tədbirləridir. Burada məqsəd budur ki, yoluxma halları kəskin artmasın. Artım nisbətən olsa da, rəqəmlər pik həddə çatmasın.
Bütün tədqiqatlar göstərir ki, bu tip qadağalar kəskin yoluxma halının qarşısını almağa köməklik göstərir. Bu yolla reanimasiya və xəstəxana çarpayıları həddindən artıq dolmasın".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək