XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "AMAY Abdulla" özünü MTN polkovniki kimi təqdim edən qadının cinayət işində ifadə verib

"AMAY Abdulla" özünü MTN polkovniki kimi təqdim edən qadının cinayət işində ifadə verib

"AMAY Abdulla" özünü MTN polkovniki kimi təqdim edən qadının cinayət işində ifadə verib
20-04-2017, 12:36

AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev özünün keçmiş MTN əməkdaşı kimi təqdim edərək 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilən Aygün Akimovanın cinayət işi üzrə şahid qismində ibtidai istintaqa ifadə verib.
A. Abdullayev bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxt 2004-cü ildə tanımadığı Dilarə adlı qadın onun iş yerinə gəlib və işçisi Dünyaxanım Əliyevaya borcu olduğunu, lakin borcunu qaytarmaq imkanının olmadığını deyib və bunun üçün ondan pul istəyib. Onun sözlərinə görə, bundan sonra Dilarə adlı qadına kömək edərək, indi məbləğini xatırlamadığı miqdarda bir neçə dəfə maddi yardım göstərib. A. Abdullayev qeyd edib ki, Dilarə adlı qadın növbəti dəfə onun yanına gələrək, Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi əlaqədə olduğunu deyib. Dilarə adlı qadın ondan xahiş edib ki, həmin şəxsə təzyiq edərək qızı ilə evlənməsinə kömək etsin: "Ancaq mən bu təkliflə razılaşmadım. Daha sonra Dilarə məndən xahiş etdi ki, qızı Aygünü xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim ki, bu işin üstü açılmasın. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadimə olaraq işə götürdüm. Aygünə 300 manat maaş verirdim. Bir müddət sonra işçilərimdən kimsə mənə Aygünün hamilə olduğunu dedi. Aygün oğlan uşağı dünyaya gətirmişdi. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində uşağın atası kimi mənim adımın yazdırmaq istədiyini dedi.
Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam. Aygünün qız övladı da dünyaya gəlib. Həmin uşağın doğum haqqında şəhadətnaməsində də ata kimi öz adəmin yazılmasına razılıq vermişəm".
A. Abdullayev qeyd edib ki, 2012-ci ildə A. Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adının yazılmasından narahatlıq keçirib və rəsmi olaraq Nərimanov rayon Məhkəməsinə müraciət edib. Lakin A.Abdullayev həbs edildiyi üçün bu işi sona çatdıra bilmədiyini deyib.
A.Abdullayev onu da deyib ki, bir müddət sonra Aygünün əxlaqsız hərəkətlər etməyindən xəbər tutub: “İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə verdim və daha sonra onu işdən çıxartdım. Bundan sonra Aygünü görmədim və telefonla da danışmadım".
A. Abdullayev A. Akimovanın dələduzluq əməllərindən xəbərsiz olduğunu deyib. O, A. Akimovaya öz obyektlərinin nəzarətini tapşırmasını, ona maşın, ev alması haqda deyilənləri də təkzib edib: "Aygünə ancaq şirkətdə işlədiyi vaxt 300 manat maaş, atası və anasının müalicəsi üçün çox az məbləğdə pul vermişəm".
Qeyd edək ki, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir.
Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar. Cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılır.
Xatırladaq ki, cinayət işi üzrə zərərçəkənlərdən biri Elçin Axundov məhkəmədə A. Akimovanın həyat yoldaşının AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev olduğunu deyib.

***

Dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin cinayət işi üzrə "AMAY" ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayev istintaq dövründə şahid qismində ifadə verib.
"Report" xəbər verir ki, istintaq matreallarına əsasən, A.Abdullayev "AMAY" ticarət mərkəzinin rəhbəri olduğu vaxt - təxminən 2004-cü ildə əvvəllər tanımadığı Dilarə adlı qadının onun iş yerinə gəldiyini söyləyib.
Onun sözlərinə görə, həmin qadın işçisi Əliyeva Dünyaxanım Yunis qızına pul borcu olduğunu, lakin borcunu qaytarmaq imaknının olmadığını deyib: "Buna görə məndən borcunu qaytarmaq üçün pul istədi. Dilarə adlı qadına kömək edərək indi məbləğini xatırlamadığım miqdarda bir neçə dəfə maddi yardım göstərdim".
A.Abdullayev bildirib ki, həmin Dilarə adlı qadın növbəti dəfə onun yanına gələrək Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını deyib: "O məndən həmin şəxsə təzyiq edərək qızı ilə evlənməsinə kömək etməyimi istədi. Bununla razılaşmadım. Daha sonra Dilarə məndən xahiş etdi ki, qızı Aygünü xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim. Çünkü bu işin üstü açılmasını istəmirdi. Mən isə ona xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığımı söylədim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadiməçi olaraq işə götürdüm, ona 300 manat maaş verirdim. Bir müddət sonra işçilərimdən kimsə mənə Aygünün hamilə olduğunu dedi. O, oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində atası kimi mənim adımın yazdırmaq istədiyini bildirdi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Onun uşağının atası isə başqası olub. Mən Aygünlə heç vaxt intim əlaqdə olmamışam”.
A.Abdullayev ifadəsi zamanı qeyd edib ki, daha sonra A.Akimovanın qız övladı da dünyaya gəlib. O, həmin uşağın doğum haqqında şəhadətnaməsində də ata kimi öz adının yazılmasına razılıq verdiyini deyib: "Bir qədər sonra Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutdum. İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə vedim və daha sonra onu işdən çıxardım. Bundan sonra Aygünü görməmişəm və telefonla da danışmamışam. 2012-ci ildə ildə isə Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adımın yazılmasından narahatlıq keçirdim və rəsmi olaraq Nərimanov Rayon Məhkəməsinə müraciət etdim. Lakin bu alınmadı. Çünkü bir müddət xaricə getdim, daha sonra da həbs olunduğum üçün işi sona çatdıra bilmədim".
A.Abdullayev dindirilərkən A.Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olduğunu deyib. O, istintaqda sualları cavablandırarkən A.Akimovaya öz obyektlərinin nəzarətini tapşırmasını, şirkətinə onun nəzarət etməsini, ona maşın, ev alması haqda deyilənlərin yalan olduğunu bildirib.
Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, polkovniki və vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.
Hazırda cinayət işi üzərə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.