XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Yasamalda saxlanılan qardaşlardan biri azadlığa buraxıldı

Yasamalda saxlanılan qardaşlardan biri azadlığa buraxıldı

Yasamalda saxlanılan qardaşlardan biri azadlığa buraxıldı
9-06-2020, 16:30

Dünən Yasamal rayonunda polisin üzərinə zibil atılmasına görə saxlanılan qardaşlardan biri azadlığa çıxıb.

Ağciyərində xəstəlik olan Kərim Süleymanov səhhəti ilə bağlı azadlığa çıxıb. K. Süleymanov artıq evindədir.

Ona məhkəmə qərarı ilə 15 sutka cəza verilmişdi.

Kərim Süleymanov vətəndaşların saxlanılması zamanı polis əməkdaşlarından birinin video çəkiliş edərək “siz də, əriniz də dovşansınız” dediyi Gülər Süleymanovanın oğludur. Həmin polis əməkdaşı bu gün Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub. Gülər Süleymanovadan isə üzr istənilib.

Qeyd edək ki, dünən Gülər Süleymanovanın evində çəkilən görüntülər müzakirələrə səbəb olmuşdu. Onun digər oğlu Elvin Süleymanov yatan yerdə polis tərəfindən yarıçılpaq şəkildə saxlanılmışdı.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.