Səhiyyə Nazirliyinin vəzifələri artırıldı
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”sinə dəyişiklik edilib...
Bununla bağlı Prezident İlham Əliyev iyunun 2-də fərman imzalayıb.
Fərmana əsasən Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.
Belə ki, sənədə edilən əlavəyə əsasən Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.
Eyni zamanda, Prezident İlham Əliyevin iyunun 2-də imzaladığı fərmanla “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə də dəyişikliklər edilib. Sənədə edilən əlavəyə əsasən, Agentlik TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin akkreditasiyasını həyata keçirəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək