“Avrasiya” klinikasında gənc xanımı şikəst etdilər: daha bir estetik əməliyyat qurbanı-ŞOK GÖRÜNTÜLƏR
Bakı şəhər sakini Ş.Əhmədova “Avrasiya” klinikasını məhkəməyə verib. Şikayətçinin sözlərinə görə, klinikada keçirdiyi estetik əməliyyatdan sonra “şikəst olub”.
Belə ki, Ş.Əhmədova 2018-ci ilin dekabrında klinikada həkim Vüqar Ələkbərov tərəfindən qol və sinə nahiyələrində kiçiltmə ilə əlaqədar estetik əməliyyat olunub: “Əməliyyat uğursuz alındı. Həkimin verdiyi vədlərə baxmayaraq, bu günə qədər əməliyyatın nəticələri müsbətə doğru dəyişməyib. Belə ki, əməliyyat aparıldıqdan sonra sinəm və qollarım eybəcər hala düşüb. Qeyd edilən nahiyələrimdə həddən artıq böyük yara izləri qalıb. Əməliyyatdan il yarım vaxt keçməsinə baxmayaraq, fəsadlar aradan qalxmayıb, kobud tikiş izləri və tikişdən qalma dərin çapıqlar, çox eybəcər görüntü qalıb. Bütün bunlar isə mənim normal həyat yaşamağıma mane olur. Normal ictimai həyatımdan, şəxsi və cinsi həyatdan tamamilə məhrum olmuşam. Utandığımdan heç kimin yanında qol və sinə nahiyəmi aça bilmirəm, idmanla məşğul ola bilmirəm, çimərliyə belə gedə bilmirəm”.
Qeyd edək ki, Ş.Əhmədova bütün bunlarla bağlı vəkillə müqavilə bağlayaraq məhkəməyə müraciət edib. Nəsimi Rayon Məhkəməsində qaldırılan iddiada şikayətçiyə dəyən maddi (19 min manat) və mənəvi (50 min manat) zərərə görə 69 min manat təzminat tələb edilir.
Qeyd olunan iddiada daha bir məqamı klinikada vergidənyayınma halının olduğunu göstərən ödəniş qəbzidir. Belə ki, şikayətçinin sözlərinə görə, ona ödəniş haqda ciddi hesabat blankı olmayan qəbz verilib. Ondan başqa isə heç bir sənədləşmə işi aparılmayıb, edilən ödənişlər rəsmiləşdirilməyib.
Şikayətlə bağlı klinikadan mövqe öyrənmək üçün qurumun saytında göstərilən telefon nömrələrinə zəng etdik. Xanım əməkdaş rəhbərliyin iclasda olduğunu deyib, telefon nömrəmizi alaraq əlaqə saxlanılacağını dedi. Lakin qarşı tərəfdən cavab gəlmədi. Eyni zamanda klinika əməkdaşı V.Ələkbərovun da artıq 1 ildir ki, orada işləmədiyini bildirdi.
AFN













Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək