XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Prezident nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış oldu - FOTO

Prezident nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış oldu - FOTO

Prezident nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış oldu - FOTO
25-05-2020, 17:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxıblar.

Sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb. Həmçinin təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib.

Prezident İlham Əliyev ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verib.
Prezident nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış oldu - FOTO



XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.