SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mərkəzi Klinikada BİABIRÇI OLAY - Xəstənin öldüyünü gizlədib əlavə 4500 pul istədilər

Mərkəzi Klinikada BİABIRÇI OLAY - Xəstənin öldüyünü gizlədib əlavə 4500 pul istədilər

Tarix:

18-05-2020, 11:31

/ 937 dəfə oxundu.
Mərkəzi Klinikada BİABIRÇI OLAY - Xəstənin öldüyünü gizlədib əlavə 4500 pul istədilər

Dünən səhər saatlarında Neftçala rayon Bankə qəsəbəsi sakini Bayram Həsənalı oğlu Məmmədov daxili qanaxma şikayəti ilə Nefçala Xəstəxanasına müraciət edib.

Nefçala Mərkəzi Xəstəxanası ilkin müdaxilə üçün texniki imkanlarının çatışmaması səbəbindən xəstəni təcili olaraq Bakıya göndərib. İlk olaraq dövlət müəssisəsi olan Respublika Klinik Xəstəxanasına müraciət edilib. Lakin karantin rejimini əsas gətirən xəstəxananın həkimləri kritik vəziyyətdə gətirilən xəstəni qəbul etməkdən imtina edib və onu özəl klinikalardan birinə yönləndirib.

Xəstəni sorğu-sual etmədən analizlər götürən “Mediland” klinikası dərhal diaqnozu xəstə yaxınlarına təqdim edib. Xəstənin sadəcə tibbi problemini müəyyənləşdirən klinikanın xəstəyə “oxuduğu pul” olduqca yüksək olub.

Ümidsiz halda xəstə yenidən ambulans maşınında Ə.Topçubaşov adına xəstəxanaya gətirilib. Yenə də eyni ssenari təkrarlanıb. Hətta Topçubaşov xəstəxanası “Mediland”da həyata keçirilən analizləri qəbul etməyib və xəstədən yenidən analiz götürülüb. Ölümlə üz-üzə olan xəstə bir də analizlərlə məşğul olmağa məcbur olub. Həm canı, həm də pulunu itirən vətəndaş bu dəfə də müalicə ala bilməyib. Çünki Topçubaşov adına xəstəxənanın həkimləri “bu müalicəni biz boynumuza götürə bilmərik” –deyərək, onu Mərkəzi Klinikaya yola salıb.

Nəhayət axşama doğru xəstə Mərkəzi Xəstəxanaya yerləşdirilib. Növbəti analizlərdən sonra xəstəyə qarın boşluğunda aorta damarının nazilib partlaması diaqnozu qoyulub. Öncədən 12000 manat tələb edən Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsi xəstəyə ilkin tibbi müdaxilə edər-etməz sonradan əlavə 4500 manat tələb ediblər. Lakin bir neçə saat narkoz altında qalan xəstənin cərrahiyyə masasında keçindiyini bilən həkim cərrah hər nə bəhanə etsə də, sonradan həmin pulu xəstənin yaxınlarına ödətdirməyə müyəssər ola bilməyib. Ən acınacaqlısı isə ölüm hadisəsinin yenə də "həkimlərin" səhlənkarlığı ucbatından baş verməsi olub. Belə ki, xəstə cərrahiyyə əməliyyatına alınarkən onun əvvəllər ürəyində ciddi problem olması nəzərə alınmayıb və narkoz qəbul etdirilərkən əmliyyata başlamadan xəstə həyatını itirib.

Üstəlik ağır bir yük altına girən mərhumun yaxınları bir tərəfdən itirdikləri doğmalarının, digər tərəfdən də borc-xərclə topladıqları məbləğin geri ödəilməsinin dərdini çəkir. (Ednews.net) //open.az//

Şərhlər

XƏBƏR LENTİ