SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Çay bazarı kimin nəzarətindədir? - Yenə inhisarçılıq, yenə yalan vədlər

Çay bazarı kimin nəzarətindədir? - Yenə inhisarçılıq, yenə yalan vədlər

Tarix:

18-05-2020, 10:17

/ 1 008 dəfə oxundu.
Çay bazarı kimin nəzarətindədir? - Yenə inhisarçılıq, yenə yalan vədlər

Çay ölkəmizdə ən populyar içkidir və yerli istehsal çay yüksək dadı ilə seçildiyi üçün xüsusilə tələb olunur. O, Azərbaycanın Lənkəran, Astara və Masallı rayonlarında yetişdirilir. Fermerlər artıq may ayının çaylarını yığmağa başlayıblar və bəziləri inanırlar ki, bu il rekord miqdarda çay yarpağının məhsulunu toplamaq mümkün olacaq.

Lakin AYNA-ya danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, ölkədə çayçılıq sahəsində nikbinlik üçün xüsusi bir səbəb yoxdur: “Sovet dövründə Azərbaycanda 20 min ton quru çay yarpağı istehsal olunurdu, indi isə ildə 2 min tondan az istehsal olunur. Bu göstəriciləri müqayisə edərək müsbət meyllər və bol məhsul haqqında danışmaq olmaz”.

Xatırladaq ki, 2018-2027-ci illər üçün “Azərbaycan Respublikasında çay istehsalının inkişafı Dövlət Proqramı” qəbul edilib. Məhərrəmovun sözlərinə görə, əvvəllər çay istehsalını 3 min tona çatdırmaq hədəfi qoyulmuşdu, lakin bu, baş verməyib: “Son dövlət proqramında qarşıya qoyulan məqsədə çatmaq mümkün olacaqmı, bunu isə zaman göstərəcək”.
“Azərbaycanın daxili tələbatını bu və ya digər məhsulla təmin etmək barədə vədləri tez-tez eşitmək olur, lakin onlar vəd olaraq qalır. İlin əvvəlində səlahiyyətlilər və bəzi istehsalçılar istehsalın artırılacağına söz verirlər. Ancaq hər ilin sonunda müsbət dəyişikliklərin olmadığını görürürk. Təəssüf ki, ümumilikdə kənd təsərrüfatının, eləcə də çayçılığın inkişafına mane olan elementar problemlər hələ də həll olunmayıb. Azərbaycan çayı rəqabətli deyil. Çay plantasiyaları son illərdə böyüyür, lakin məhsuldarlığı azalır. Əlbəttə, ölkədə çayçılığın normal inkişaf etməsini istərdik, çünki məhsuldarlıq var, lakin yetərli yanaşma yoxdur. Əgər lazımi diqqət və peşəkar ynaşma olarsa, Lənkəran çayı çay bazarında öz layiqli yerini tuta bilər”, - ekspert bildirib.

V.Məhərrəmovun dediyinə görə, inhisarçılar ucuz xarici çayın idxalında maraqlıdırlar: “Xaricdən ucuz çayı gətirib burada qablaşdırırlar, bir hissəsi daxili bazara gedir, bir hissəsi digər ölkələrə satılır. Bu ilin ilk rübündə ölkəyə çay idxalı artıb. İdxal artıbsa, bu, artıq çayçılığın inkişafı üzrə dövlət proqramının istədiyimiz kimi işləmədiyini göstərir. Koronavirus pandemiyası çay məhsulu üçün əngəl deyil, çünki məsafəni gözləyərək və müasir texnologiyadan yararlanaraq, bu işi görmək mümkündür”.

Mütəxəssis deyib ki, yerli məhsuldarlığın aşağı olması səbəbindən ölkədə çayın qiyməti yüksəkdir: “Onu həqiqətən azaltmaq üçün, başqa ölkələrdə bunu edə bilirlərsə, niyə bizdə etməyək? Bir çox cəhətdən bu, fermerlərin təcrübəsindən və biliklərindən asılıdır. İnkişaf etmiş ölkələrdə fermerlər öz sahələrinin həqiqi mütəxəssisləridir, bizim fermerlərimiz isə lazımi məlumata malik deyillər. Fermerlərin özləri və dövlət kənd təsərrüfatını daha yüksək səviyyəyə qaldırmaq istəyirlərsə, fermerlərin maariflənməsində maraqlı olmalıdırlar”.

Həmsöhbətimizin vurğulayıb ki, inkişaf etmiş ölkələrdə əkinçilər belə, kənd təsərrüfatı parklarına cəlb olunurlar: “Kənd təsərrüfatı parkları sistemini inkişaf etdirmək qərarına gəldiksə, eyni yolu tutmalıyıq. Məsələn, çayçılıq sahəsində ixtisaslaşmış bir aqropark yarada və bu işə alimləri və mütəxəssisləri cəlb edə, fermerlərə necə işləməyi göstərə bilərik. Ümumiyyətlə, çayçılığın inkişafı üçün təlim verən, məlumat verən, istiqamətləndirən bir mərkəz olmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ