SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətləri və rəhbər strukturları müəyyənləşib - RƏSMİ

Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətləri və rəhbər strukturları müəyyənləşib - RƏSMİ

Tarix:

12-05-2020, 17:21

/ 935 dəfə oxundu.
Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyət istiqamətləri və rəhbər strukturları müəyyənləşib - RƏSMİ

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin

Əsasnaməsində əksini tapıb.

Xidmətin fəaliyyət istiqamətlərinə aşağıdakılar daxildir:

- dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək;

- daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək;

- ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək;

- daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə özəlləşdirilən müəssisələrin qiymətləndirilməsini təşkil etmək;

- daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsini və aparılmasını həyata keçirmək;

- dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirmək, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;

- ərazi vahidlərinin, inzibati ərazi dairələrinin, sahə inzibati ərazi dairələrinin və bələdiyyələrin sərhədlərinin müəyyən edilməsi işlərini yerinə yetirmək və xəritələrini hazırlamaq.

Xidmətin vəzifələri sırasına məhz İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, dövlət əmlakının müvafiq üsullarla özəlləşdirilməsi barədə qərar qəbul etmək, özəlləşdirilməsini ictimai nəzarət və şəffaflıq, əmək kollektivi üzvlərinin hüquqlarının və sosial ədalət prinsipinin qorunması əsasında həyata keçirmək, dövlət əmlakının alıcıları ilə bağlanılmış alqı-satqı müqavilələrinin qeydiyyatını aparmaq, icrasını təmin etmək, habelə şərtlərinə riayət olunmasına nəzarət etmək daxil edilib.

Xidmətin fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

Rəisin Azərbaycan Respublikasının Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 4 müavini vardır. Rəisin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərir və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

Şərhlər

XƏBƏR LENTİ